Icma.az
close
up
RU
Qəssab, yoxsa cərrah? Dr. Vüsal Abdullanın etdiyi yaralar niyə sağalmır? / FOTO

Qəssab, yoxsa cərrah? Dr. Vüsal Abdullanın etdiyi yaralar niyə sağalmır? / FOTO

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1985-ci il təvəllüdlü Şərbət Sultanəliyeva keçən il Bakıdakı Badam klinikasında plastik əməliyyat etdirib. Cərrah həkim Vüsal Abdullayev olub. Əməliyyatdan sonra xəstənin halı pisləşib, ağrıları çoxalıb. Müəyyən müddət keçsə də sağalma prosesi başlamayıb. Bu barədə özünü sosial şəkəbələrdə Dr. Vüsal Abdulla olaraq təqdim edən cərraha dedikdə əvvəl səhvini qəbul etmək istəməsə də sonradan yanlış əməliyyat etdiyini etiraf edərək səhvini düzəltmək üçün Şərbət xanımı yenidən əməliyyat keçirmək üçün onu bir daha klinikaya dəvət edərək ikinci əməliyyatdan sonra bütün problemlərin həll olunacağına zəmanət verdiyini deyib.

Bildirilib ki, bu əməliyyat tam pulsuz, təmənnasız olacaq. Lakin əməliyyatdan sonra pasiyentdən ödəniş istəyiblər. Deyiblər ki, bu təkrar yox, tamam başqa əməliyyat olduğu üçün ödəniş olunmalıdır. Beləliklə, Şərbət xanım ilk əməliyyatına 4 min dollar (əlavə xərclərə də 1000 dollar), ikinci əməliyyat üçün isə 1350 dollar ödəniş edib. Buna baxmayaraq heç bir müsbət nəticə əldə olunmayıb.

Şikayətçi hələ də sağlamlağını bərpa edə bilmədiyini bildirir. Uğursuz əməliyyatın tikiş yerləri hələ də sağalmayıb. İstənilən əməliyyatdan sonra müəyyən bərpa prosesi olur. O müddət çoxdan keçsə də heç bir irəliləyiş hiss olunmur. Əməliyyatdakı kəsiklər birləşmir.

Şərbət xanım deyir ki, normal şəkildə hərəkət edə bilmir, əyilib qalxmaq əzab verir. Sağlamlığını bərpa etmək üçün Rusiyada da müalicə prosedurları alıb. Yenə də həkim nəzarətindədir. Əmək fəaliyyətini bərpa edib işə çıxa bilmir. Moskvada həkimlər ona tibbi baxış keçirəndə vəziyyətinin qənaətbəxş olmadığını, səhv əməliyyatın nəticəsi olaraq bədənində cürümə prosesinin başladığını bildiriblər.

Mən Şərbət xanımdan onu Moskvada müayinə edən əsas həkimin telefon nömrəsini alıb onunla danışdım. Həkim bir daha xəstəsinə dediyi sözləri, diaqnozu mənə də bildirdi. Dedi ki, xəstənin hər iki əməliyyatı ciddi fəsadlar verib. Səhv əməliyyat və müalicə nəticəsində orqanizmə klinik infeksiya düşməsi səbəbindən bədəndə çürümə başlayıb.

Şərbət Səfərəliyeva Badam klinikası, Vüsal həkimin ona çox böyük maddi-mənəvi ziyan vurduğunu deyir. O, sağlamlığını, əmək qabiliyyətini pozduğuna görə “Badam Medical Center” klinikasının, həkim-cərrah Vüsal Abdullayevin cəzalandırılmasını tələb edir. Deyir ki, Moskvada bərpa prosedurları üçün çox böyük miqdarda xərci çıxıb. Vüsal Abdullayev özünü peşəkar plastik cərrah kimi təqdim edib reklamını yaysa da əməldə çox naşı, təcrübəsiz biri kimi iş görüb. Moskvadan qayıtdıqdan sonra Şərbət Səfərəliyeva bir daha Dr Vüsala zəng vurub ki, etdiyi iki səhv əməliyyatın fəsadını, moskvalı mütəxəssislərin rəyini ona göstərsin. Cavabında Vüsal Abdullayev Moskvadakı həkimlərin qərarına inanmadığını bildirib. Sonra isə zənglərə cavab verməyərək tamamilə əlaqəni kəsib.

Biz də media nümayəndəsi olaraq bu şikayətə görə Vüsal Abdullayevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməsini istədik. Doktor suala cavab vermək əvəzinə bizə güc strukturlarından birinin adını çəkərək orada da həkim işlədiyini, ona görə də onunla bağlı məsələləri heç kimin ictimailəşdirməməli olduğunu bildirdi. Dövlətin keşiyində duran həmin quruma hörmətimiz var. Rəhbəri də dövlətçiliyə bağlı, ədalətli insandır. Vüsal Abdullayev, siz o şəxsin, dövlət orqanının adından istifadə edərək öz səhvlərinizi sığortalamayın. Buna sui-istifadə deyilir. Sizə media adından müraciət olunub müvafiq cavab istənilir. Harada işləməyinizin məsələyə aidiyyatı yoxdur. Belə davam etsə, biz media olaraq adını çəkdiyiniz quruma özümüz müraciət etməli olacayıq.

Eyni zamanda, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, Baku Medical Center-ə səslənirəm. Bir vətəndaş həkim səhvinə görə yarımcan olub. Cavan bir qadın nə işləyə bilir, nə də normal həyatını yaşaya bilir. İki ildir əsəb, stress, ağrı-acı içində gününü keçirdir. Həkim isə pulunu alıb, aradan çıxıb. Xəstə qarşısında məsuliyyət hissini umudub. Xahiş edirəm, bu məsələni araşdırıb tədbir görəsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri