Qətər ABŞ la Suriyaya tətbiq olunan sanksiyaların ləğvi barədə razılığa gəlmək istəyir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qətər hökuməti ABŞ Prezidenti Donald Trampın Dohaya səfəri zamanı ABŞ-la Suriyanın keçid hökumətinə qarşı tətbiq olunan sanksiyaların ləğvi məsələsində qarşılıqlı anlaşma əldə etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani məlumat verib.
"Bizim məqsədimiz ABŞ-la yeni Suriya hökumətinə qarşı sanksiyaların ləğvi məsələsində qarşılıqlı anlaşmaya nail olmaqdır", – o deyib.
Qeyd edək ki, ABŞ Prezidentinin Dohaya səfəri 14–15 may tarixlərində planlaşdırılır.

Qətər Suriyaya qarşı sanksiyaların ləğv edilməsini istəyir
24 Dekabr 2024 16:34
Qətər əmiri Suriyaya səfər edib
30 Yanvar 2025 14:56
Əhməd əlŞaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
22 Dekabr 2024 19:43
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
15 May 2025 05:23

