Icma.az
close
up
RU
Qətər Aİ yə xəbərdarlıq etdi: Qaz tədarükü dayana bilər

Qətər Aİ yə xəbərdarlıq etdi: Qaz tədarükü dayana bilər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qətər Avropa İttifaqına (Aİ) xəbərdarlıq edib ki, əgər Avropa Komissiyası yeni iqlim normalarını təchizat zəncirinə dair direktivdən çıxarmazsa, ölkə Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracını dayandıra bilər. Bu barədə "Welt am Sonntag" nəşri Qətərin energetika məsələləri üzrə dövlət naziri və "QatarEnergy" şirkətinin rəhbəri Saad bin Şarida əl-Kaabinin məktubuna istinadla məlumat yayıb.

Əl-Kaabi məktubunda bildirib ki, mövcud direktiv Qətər qanunvericiliyi ilə ziddiyyət təşkil edir və Paris İqlim Sazişinin əsas prinsiplərinə ziddir. O xatırladıb ki, saziş hər bir ölkəyə öz milli məqsədlərini müəyyənləşdirmək hüququ verir. Nazir Aİ-nin əlavə iqlim şərtlərinin tətbiqini beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.

Əgər tələblər dəyişməzsə, Qətər Avropa bazarını tərk edib digər alternativ regionlara yönələcəyini istisna etmir.

Qətərin xəbərdarlığı nə deməkdir və Aİ-nin enerji təhlükəsizliyinə necə təsir edə bilər? Qətər ilə Avropa İttifaqı (Aİ) arasında enerji əməkdaşlığı uzun illərdir qarşılıqlı maraqlara əsaslansa da, son günlərdə tərəflər arasında yeni bir gərginlik yaranıb. Səbəb Avropa Komissiyasının təklif etdiyi təchizat zənciri direktividir, hansı ki, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində enerji idxalçılarına əlavə şərtlər qoyur.

Qətərin etirazı nədir? Qətərin energetika naziri və QatarEnergy-nin rəhbəri Saad bin Şarida əl-Kaabi Avropa Komissiyasına ünvanladığı məktubda bildirib ki, bu yeni şərtlər Paris İqlim Sazişinə ziddir, çünki həmin saziş hər ölkəyə öz milli siyasətini müəyyənləşdirmək səlahiyyəti verir. Əl-Kaabi xəbərdarlıq edib ki, Avropa Komissiyası bu iqlim şərtlərini layihədən çıxarmasa, Qətər Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracını dayandıra və enerjisini alternativ bazarlara yönəldə bilər. Bu isə enerji qiymətlərində yeni dalğalanmalara səbəb ola bilər.

Xatırladaq ki, Avropa İttifaqı “yaşıl keçid” məqsədilə 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq istəyir. Bu baxımdan, enerji idxalında da ekoloji şərtlərin tətbiqi vacib sayılır. Lakin Qətər kimi əsas enerji təchizatçılarının narazılığı Aİ üçün enerji təhlükəsizliyi ilə iqlim məqsədləri arasında seçim dilemması yarada bilər. Belə ki, Qətər hazırda Avropanın LNG ehtiyaclarının 15%-dən çoxunu qarşılayır. Rusiyadan qaz axınının kəskin azalmasından sonra Qətər Aİ üçün strateji tərəfdaşa çevrilib. Belə bir vaxtda tərəflər arasında siyasi-enerji qarşıdurması böhran riskini artırır.

Bu qarşıdurma, eyni zamanda, beynəlxalq enerji siyasətində yeni gərginlik xəttini göstərir. Əgər Qətər ixrac istiqamətini dəyişərsə, bu, Asiya bazarlarında LNG bolluğu, Avropada qiymət artımı və enerji tədarükündə qeyri-müəyyənlik, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və ABŞ kimi ölkələrin qaz bazarına təsir imkanlarının artması demək ola bilər. 

Beləliklə, Qətər–Aİ arasında yaranan bu fikir ayrılığı, sadəcə, texniki və ekoloji mübahisə deyil, enerji siyasətinin geosiyasi ölçüsünü də üzə çıxarır. Aİ-nin diversifikasiya səylərinə baxmayaraq, hələ də bəzi ölkələr (məsələn, Almaniya və İtaliya) üçün Qətər LNG-si mühüm əhəmiyyət kəsb edir. Uzunmüddətli müqavilələrə bağlanmış Aİ ölkələri iqlim tələbləri ilə iqtisadi maraqlar arasında seçim dilemması ilə üz-üzədir. Buna görə də, Avropa “yaşıl keçid”ə gedərkən enerji təminatçılarının maraqlarını da nəzərə almalı olacaq. Əks halda, iqlim məqsədləri ilə enerji təhlükəsizliyi arasında balans pozula bilər.

Səbuhi MƏMMƏDOV,

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri