Icma.az
close
up
RU
Qətər Avropaya təbii qaz satmayacaq

Qətər Avropaya təbii qaz satmayacaq

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qətər Avropa İttifaqının yeni iqlim direktivlərinə etiraz edib. 

Buna görə də mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü dayandıra biləcəyi barədə xəbərdarlıq edib. 

"Cebheinfo.az" xəbər verir ki, Qətərin energetika naziri və “Qatar Energy” şirkətinin baş direktoru Saad əl-Kaabinin Belçika hökumətinə göndərdiyi məktubda Aİ-nin şirkətlərə karbon emissiyası və iqlim planlaması ilə bağlı tətbiq etdiyi məcburiyyətlərin Dohanın suverenliyinə müdaxilə kimi qiymətləndirildiyi bildirilib.

Əl-Kaabi bildirib ki, Qətər yaxın gələcəkdə sıfır emissiya hədəfi daşımır və Aİ-nin gözləntiləri Paris Razılaşmasının ruhuna ziddir. Doha Brüsselin mövqeyini dəyişmədiyi təqdirdə daha sabit və gəlirli bazarlar kimi gördüyü Asiya ölkələrinə yönəlməyə hazır olduğunu bəyan edib.

Avropa Komissiyası isə üzv dövlətlərlə birlikdə direktivin yumşaldılması istiqamətində danışıqlar apardığını açıqlayıb. Lakin bu, Qətərin ilk xəbərdarlığı deyil. Energetika naziri daha əvvəl də insan hüquqları və ya ətraf mühitlə bağlı ittihamlar səbəbilə Dohaya sanksiyalar tətbiq ediləcəyi halda LNG axınının dayandırıla biləcəyini demişdi.

CSDDD adlı sözügedən Aİ Direktivi şirkətlərin bütün təchizat zəncirlərində insan hüquqları və ətraf mühit qaydalarına əməl etmələrini, əks halda isə illik qlobal dövriyyələrinin 5%-i qədər cərimə ödəmələrini nəzərdə tutur. Qətər bu tənzimləməni “ticarət sanksiyası” kimi qiymətləndirir. Avropadakı enerji mütəxəssisləri isə Dohanın bu hədələrinin blöf olmadığını, çünki ölkənin artıq uzunmüddətli Asiya müqavilələrinə malik olduğunu xatırladır.

Mütəxəssislərin fikrinə görə, Rusiyadan gələn enerjiyə sanksiya tətbiq edən Avropa üçün Qətərin LNG-si həyati əhəmiyyət daşıyır. "Reuters"-in məlumatına görə, Qətər ABŞ və Avstraliyadan sonra dünyada üçüncü ən böyük LNG ixracatçısıdır və Avropanın bu mənbəyə asılılığı 12–14% arasındadır.

"Financial Times"-a görə, əgər Qətər tədarükdən çəkilsə və eyni vaxtda Rusiyaya da yeni sanksiyalar tətbiq edilsə, Aİ ölkələri ümumi LNG idxalının dörddə birindən çoxunu başqa mənbələrlə kompensasiya etmək məcburiyyətində qalacaq. Lakin bu boşluğu təkcə ABŞ-nin doldurması mümkün deyil. Belə bir ssenari Avropanın ABŞ LNG-sinə daha çox asılı hala gəlməsi riskini artırır və enerji təchizatı təhlükəsizliyi baxımından ciddi qeyri-müəyyənliklər yaradır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri