Qətər Rogun SES in tikintisi üçün Tacikistana 50 milyon dollar kredit ayırıb
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Qətər İnkişaf Fondunun baş direktoru Fəhd Həməd Əl-Sulaiti və Qətərin aparıcı banklarının nümayəndələri Roğun SES-də tikinti və infrastruktur işlərinə baxış keçiriblər. Bu barədə Tacikistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qətər nümayəndə heyətinin səfərini Tacikistan Baş nazirinin müavini Usmonali Usmonzoda müşayiət edib.
Səfər zamanı qonaqlar SES-in əsas qurğularına baxış keçirib, ölkənin enerji müstəqilliyinin təmin edilməsində və regionun ixrac potensialının inkişaf etdirilməsində əsas həlqə hesab olunan strateji layihənin icrası barədə məlumat alıblar.
Fahd Hamad Al-Sulaiti vurğulamışdır ki, Roğun SES-in tikintisi təkcə Tacikistan iqtisadiyyatının davamlı inkişafı üçün deyil, həm də enerji sektorunda qarşılıqlı faydalı regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Biz bu layihəni strateji hesab edirik və onun həyata keçirilməsinə kömək etməyə hazırıq", - o qeyd edib.
Ölkənin ən böyük enerji obyekti olan Roğun Su Elektrik Stansiyası dövlət siyasətinin prioritet istiqamətidir və Tacikistanı elektrik enerjisi ilə təmin etməli, eyni zamanda region ölkələrinə ixrac üçün şərait yaratmalıdır.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















