Qətər XİN: Hörmüz boğazında gərginliyi azaltmaq üçün xüsusi rabitə kanalı işə salınıb
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hörmüz boğazında gərginliyin eskalasiyasının qarşısını almaq üçün xüsusi rabitə kanalı yaradılıb və o, artıq fəaliyyət göstərir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib.
"Bu məqsədlər üçün (münaqişələrin qarşısını almaq üçün) rabitə kanalı yaradılıb və ondan son bir neçə gündə baş verən eskalasiyanın qarşısını almaq üçün istifadə olunub. Bu rabitə kanalı qurulub və işləyir", — deyə o, brifinqdə münaqişənin həlli mexanizmləri barədə suala cavab verərkən bildirib. Diplomat bu kanalın işinin texniki təfərrüatlarını açıqlamayıb.
Qətər XİN rəsmisi həmçinin bildirib ki, Doha tərəfdaşları ilə Tehranın da iştirakı ilə regional dialoqun keçirilməsi imkanlarını müzakirə edir. "Biz regional tərəfdaşlarımızla birlikdə, İran da daxil olmaqla, region ölkələrinin danışıqlar masası arxasında əyləşərək öz narahatlıqlarını açıq şəkildə müzakirə etmələrinin məqsədəuyğun olacağı bir mərhələyə necə çatmağı müzakirə edirik", — deyə əl-Ənsari qeyd edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 30 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















