Qətərdə vəziyyət sabitdir DİN
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qətərdə təhlükəsizlik təmin olunur, vəziyyət sabitdir.
Axar.az xəbər verir ki, bu barədə əmirliyin Daxili İşlər Nazirliyi İranın ABŞ bazasına zərbəsindən sonra yayımladığı açıqlamada bildirib.
Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki (Qətər, Bəhreyn, Küveyt və İraq) hərbi bazalarına raket zərbələri endirib.

