Qətərin ABŞ və İranı uzlaşdırmaq səyləri uğursuz oldu KİV
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Qətər vasitəçilərinin bu həftə ABŞ və İran arasında münasibətlərdə diplomatik irəliləyiş əldə etmək səyləri uğursuz olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bunun səbəbi tərəflərdən heç birinin güzəştə getmək istəməməsidir.
“Onlar çıxılmaz vəziyyətə düşüblər. İranlılar ABŞ-nin etməyə hazır olmadığı şeyi tələb edirlər. ABŞ isə qalib gəldiyini düşünür, ona görə də güzəştə getməyə ehtiyac görmür”, - nəşrin həmsöhbətlərindən biri bildirib.
Qeyd olunub ki, getdikcə hərbi münaqişənin yenidən başlama ehtimalı artır:
“Amerika hakimiyyəti hesab edir ki, ABŞ Prezidenti Donald Tramp ara seçkilərdən sonra genişmiqyaslı hərbi əməliyyatların bərpasına əmr verə bilər”.
Qeyd edək ki, bazar ertəsi günü Nyu-Yorkda Qətər diplomatı Əli əl-Təvadi İranın xarici işlər naziri Abbas Əraqçi və onun komandası ilə çoxsaylı görüş keçirib. Onlar Qətərin iki səhifəlik kompromis təklifini müzakirə ediblər.
Mənbələr bildirirlər ki, Qətərin planı İranın ABŞ-nin dəniz blokadasının qaldırılması tələbini və ABŞ-nin İrana nüvə təhlükəsizliyi zəmanətləri vermək tələbini təmin etməyə yönəlib.
Həmin axşam qətərli vasitəçi Vaşinqtonda Trampın baş müşaviri Cared Kuşner və digər ABŞ rəsmiləri ilə də danışıqlar aparıb.
Bu mövzuda digər xəbərlər:Qətərin Baş naziri ABŞ və İranı konstruktiv danışıqlara çağırdı
15 İyun 2026 09:33
Qətərin Baş naziri ABŞ və İranı dialoqa və memorandumun icrasına çağırıb
09 İyul 2026 11:35
İsrail İranı ABŞ sız vuracaq KİV
09 Fevral 2026 10:51
ABŞ bu gecə İranı bombalayacaq KİV
14 Yanvar 2026 22:03
KİV: ABŞ yaxın günlərdə İranı vurmağa hazırlaşır
19 İyun 2025 06:48
Baxış sayı:96
Bu xəbər 30 Sentyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















