Qətərin Baş naziri: ABŞ İran münaqişəsinin sülh yolu ilə həlli ehtimalı yüksəkdir
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani ABŞ və İranın tezliklə Yaxın Şərqdəki böhrana son qoyacağına ümidvar olduğunu deyib.
"Report" xəbər verir ki, o, bunu "Al-Araby Al-Jadeed"ə müsahibəsində bildirib.
Baş nazirin fikrincə, Vaşinqtonla Tehran arasında istənilən razılaşma region və bütün dünya ölkələrinin maraqlarını nəzərə almalıdır.
"Biz vəziyyəti izləyirik, bütün tərəflərlə əlaqə saxlayır və görürük ki, Tehran və Vaşinqtonun mövqelərindəki fikir ayrılıqlarına baxmayaraq, diplomatik həll yolunun tapılması ehtimalı yüksəkdir. Vaşinqton və Tehran arasında mesaj mübadiləsindəki müsbət irəliləyiş bizi ümidləndirir və bunun əlamətləri var. Lakin biz bu barədə ehtiyatla danışırıq", - XİN başçısı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 07 May 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















