Icma.az
close
up
RU
Qətərin investisiya şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qətərin investisiya şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 avqust, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında tərəfdaşlıq imkanları müzakirə olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş Qətərdə fəaliyyət göstərən və müxtəlif sahələr üzrə investisiya layihələrini həyata keçirən “Licorne Gulf Holding” şirkəti nümayəndələri İrina Duisimbekova və Alexandre Katrangi ilə keçirilib. Görüşdə “Enterprise Azerbaijan” portalının nümayəndələri İsa Qasımov və Aydan Hüseynzadə iştirak ediblər. Onlar proqramın məqsədləri, mərhələləri, iştirakçıların seçimi meyarları, innovasiya ekosistemində yaradacağı əlavə dəyər və beynəlxalq bazarlara çıxış imkanları barədə ətraflı təqdimat ediblər.

Müzakirələr zamanı startapların beynəlxalq investisiya mənbələrinə çıxışı, yaşıl texnologiyalar və rəqəmsal həllərin tətbiqi, innovasiya və sahibkarlıq ekosistemlərinin gücləndirilməsi, eləcə də birgə layihələrin icrası və strateji tərəfdaşlıq mexanizmləri əsas istiqamətlər kimi müəyyən edilib.

Görüşün yekununda tərəflər əməkdaşlıq perspektivlərinin araşdırılması və bu istiqamətdə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, “Startup School 3” layihəsi innovativ ideyaların inkişafı, startapların beynəlxalq bazarlara inteqrasiyası və dayanıqlı iqtisadi artıma töhfə verəcək layihələrin dəstəklənməsi məqsədini daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see147

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see125

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see123

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see122

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see120

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see120

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see120

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see119

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see117

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see116

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see115

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see115

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see115

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri