Icma.az
close
up
RU
Qətiyyətli, prinsipial və milli maraqlara hesablanmış ardıcıl siyasət tarixi Qələbəyə yol açdı

Qətiyyətli, prinsipial və milli maraqlara hesablanmış ardıcıl siyasət tarixi Qələbəyə yol açdı

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XX əsrin sonlarında Cənubi Qafqazda baş verən hadisələr regionun siyasi, iqtisadi və demoqrafik vəziyyətinə ciddi təsir göstərmişdir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti təkcə dövlət sərhədlərinin pozulması ilə məhdudlaşmamış, eyni zamanda minlərlə insanın həyatına faciə gətirmiş, bölgədə uzunmüddətli humanitar və sosial fəsadlar yaratmışdır.

Xüsusilə Qarabağ və ətraf yeddi rayonun işğalı nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin düşmüş, minlərlə şəhid və yaralı olmuş, mədəni və tarixi irs məhv edilmişdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları 1988-ci ildən etibarən açıq formada ortaya çıxmışdır. Sovet İttifaqının zəiflədiyi dövrdə Ermənistan rəhbərliyi Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsini tələb etməyə başladı. Bu, regionda etnik gərginliyin artmasına və silahlı münaqişənin başlanmasına gətirib çıxardı. 1990-cı illərin əvvəllərində illərdə aparılan hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal etdi. Nəticədə bir milyondan artıq azərbaycanlı öz yurdlarından didərgin düşdü. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq insan məcburi köçkün və qaçqın vəziyyətinə düşdü. Bu insanlar uzun illər çadırlarda, vaqonlarda, yararsız tikililərdə yaşamaq məcburiyyətində qaldılar. Bu, onların psixoloji vəziyyətinə, sosial statusuna və həyat keyfiyyətinə dərin təsir göstərdi.
Məcburi köçkün ailələrinin üzvü olan qadınlar və uşaqlar bu prosesdə ən həssas təbəqəni təşkil etdilər. İşğal nəticəsində Azərbaycanın əhəmiyyətli kənd təsərrüfatı və sənaye bölgələri məhv edildi. Qarabağ və ətraf rayonlar ölkənin məhsuldar torpaqlarının böyük bir hissəsini təşkil edirdi. Bu ərazilərin itirilməsi kənd təsərrüfatı istehsalında azalmaya, iqtisadi artımın zəifləməsinə və regional inkişafın dayanmasına səbəb oldu.
Azərbaycan hökuməti illərlə işğal nəticəsində yaranmış iqtisadi və sosial problemlərin öhdəsindən gəlmək üçün böyük vəsaitlər xərcləmişdir. Məcburi köçkünlərin yerləşdirilməsi, təhsili, səhiyyə xidmətləri və sosial müdafiəsi dövlət büdcəsinə təsir göstərmişdir. Ermənistanın işğalı təkcə insanlara deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi mirasına ağır zərbə vurmuşdur. İslam abidələri, məscidlər, qəbiristanlıqlar, muzeylər və milli memarlıq nümunələri dağıdılmış, təhqir olunmuş və ya tamamilə silinmişdir. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Lakin bu qətnamələr uzun illər ərzində icra olunmamışdır. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqları da nəticəsiz qaldı.
Prezident İlham Əliyevin 28 may 2025-ci ildə Laçında çıxışında haqlı olaraq deyir: “Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmadı. Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq”.
2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsinin nəticəsi deyilənlərin təsdiqidir. Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan bir çox ərazini azad etdi. Bu tarixi qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoydu və regionda yeni geosiyasi reallıq yaratdı. Müharibədən sonra Azərbaycan hökuməti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır. Ermənistanın işğalçı fəaliyyəti Azərbaycan xalqı üçün çox böyük itkilərlə nəticələnmişdir. Minlərlə insan həyatını itirmiş, milyonlarla insan evsiz qalmış, milli irsimiz dağıdılmışdır. Bu faciənin təsirləri hələ də tam aradan qalxmayıb. Lakin Azərbaycan xalqı öz birliyi və əzmkarlığı sayəsində bu sınaqlardan üzü ağ çıxdı, ərazi bütövlüyünü bərpa edərək tarixdə layiqli yerini tutdu.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri