Icma.az
close
up
RU
Zəfər formulu: Lider xalq birliyi və milli maraqlara əsaslanan qətiyyətli siyasət

Zəfər formulu: Lider xalq birliyi və milli maraqlara əsaslanan qətiyyətli siyasət

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

8 Noyabr – Zəfər Günü müstəqil dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun qəhrəmanlığını nümayiş etdirən əlamətdar tarixdir. Bu möhtəşəm Qələbə torpaqlarımızın azadlığı və milli qürurumuzun bərpası ilə nəticələnmiş, hər il fəxarət hissi ilə qeyd olunaraq gələcək nəsillərə qəhrəmanlıq nümunəsi kimi ötürülür.

1988-ci ildə başlayan Qarabağ hadisələri və erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin və şəhərlərin dağıdılması, on minlərlə günahsız insanın ölümü və yüz minlərlə azərbaycanlının doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi həm də ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurmuşdur.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması hər zaman dövlət siyasətinin prioriteti və strateji hədəfi olmuşdur. Hərbi strategiya və Silahlı Qüvvələrin modernləşdirilməsi Azərbaycanın Qələbəsinin təmin olunmasında mühüm rol oynamışdır. Ordunun yüksək texnologiyalı silahlarla təchizatı, dron sistemləri və dəqiq zərbə vasitələrinin tətbiqi əməliyyat çevikliyini və döyüş qabiliyyətini xeyli artırmış, yerli hərbi sənaye və innovasiya sahələrinin inkişafına təkan vermişdir. Silahlı Qüvvələrin yüksək hazırlığı şanlı ordumuzun strateji planlaşdırma və əməliyyat həyata keçirmə qabiliyyətini bir daha nümayiş etdirmişdir.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın törətdiyi təxribatlara cavab olaraq başlayan “Dəmir yumruq” əməliyyatı ordumuzun koordinasiyalı fəaliyyətini və strateji hazırlığını ortaya qoymuşdur. 44 gün ərzində aparılan hərbi əməliyyatlar nəticəsində torpaqlarımız azad edilmiş, Azərbaycanın tarixi Qələbəsi təmin edilmişdir. Bu qələbə yalnız hərbi sahədə deyil, diplomatik və beynəlxalq müstəvidə də Azərbaycanın üstünlüyünü sübut etmiş, regionda yeni geosiyasi reallıqlar formalaşdırmışdır.

Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri və rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad edilmişdir.

2020-ci il noyabrın 9-dan 10-na ötən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanat imzalanmış və hərbi əməliyyatlar dayandırılmışdır. Həmin bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir və hər il noyabrın 8-i təntənəli şəkildə qeyd edilir.

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın tarixində qürur, iftixar və milli qürur hissi ilə xatırlanan ən əlamətdar günlərdən biridir. Bu tarix yüzillər boyu xalqımızın mənəvi varlığını, milli kimliyini və mədəni irsini özündə yaşadan Şuşanın azad edilməsi ilə əlaqədardır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan şanlı Qələbə xalqımızın birliyinin, iradəsinin və dövlətimizin hərbi-siyasi gücünün parlaq təzahürünə çevrilib.

Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev vurğulamışdı ki, Şuşasız bu mübarizə yarımçıq qalacaq. Çünki Şuşa təkcə Qarabağın deyil, bütövlükdə milli ruhun, Azərbaycan mədəniyyətinin, poeziyasının və musiqisinin beşiyidir. Məhz bu mənəvi dəyərin daşıyıcısı olan şəhərin azad olunması uğrunda döyüşlər tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Qəhrəman əsgər və zabitlərimizin sıldırım qayaları dırmaşaraq, əlbəyaxa döyüşlərdə düşməni geri çəkilməyə məcbur etməsi Vətən sevgisinin, inamın və qətiyyətin təntənəsi oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbəri xalqımızda sonsuz sevinc və qürur hissi yaratdı, illərlə qəlbimizdə yaşatdığımız arzunu reallığa çevirdi.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 Noyabr tarixi Zəfər Günü elan edildi və hər il bu gün dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur. Müzəffər Ali Baş Komandanın Şuşada üçrəngli bayrağımızı qürurla qaldırması isə xalqın iradəsini, dövlətin əzmini və tarixi ədalətin bərpasını simvolizə etdi.

Hazırda Şuşa azadlıqdan sonra yeni bir inkişaf mərhələsini yaşayır. Qədim şəhərdə geniş bərpa, abadlıq və yenidənqurma işləri aparılır. Həyata keçirilən işlər bu unikal şəhərin tarixi irsini qorumaqla yanaşı, onu müasir urbanistik mərkəz kimi formalaşdırmağı nəzərdə tutur. Tarixi məscidlər, saraylar, karvansaralar və mədəniyyət ocaqları öz görkəmini bərpa edir, yeni sosial infrastruktur – yollar, məktəblər, mədəniyyət mərkəzləri və yaşayış binaları inşa olunur. Şuşada keçirilən beynəlxalq tədbirlər və mədəniyyət festivalları bu şəhərin yenidən dirçəlişini nümayiş etdirir.

Şuşanın azad olunması həm də türk və islam dünyasının mədəni həyatında yeni səhifə açdı. 2022-ci ilin “Şuşa İli” elan edilməsi, TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı”, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında “İslam dünyasının mədəniyyət paytaxtı” kimi tanınması bu qədim şəhərin beynəlxalq səviyyədə nüfuzunu daha da artırdı. Bu qərarlar bir daha göstərdi ki, Şuşa artıq yalnız Azərbaycanın deyil, bütün regionun mədəniyyət mərkəzlərindən birinə çevrilib.

8 Noyabr - Şuşa şəhəri günü xalqımızın qəhrəmanlıq tarixinin, milli qürurunun və dövlətimizin qüdrətinin təntənəsidir. Bu gün Şuşada dalğalanan üçrəngli bayraq xalqımızın yenilməzliyini, milli birliyini və gələcəyə olan sarsılmaz inamını ifadə edir. Qalib dövlətin yenidən doğulmuş bu mədəniyyət paytaxtı gələcək nəsillərə güc, ruh və Vətən sevgisi aşılayır.

Azərbaycan beynəlxalq qurumlarda işğalın humanitar, siyasi və iqtisadi nəticələrini gündəmə gətirmişdir. Enerji resurslarının ixracı, nəqliyyat dəhlizlərinin inkişafı və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak dövlətimizin regional və qlobal mövqeyini gücləndirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir: “Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.

Zəfərin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər milli yaddaşı qoruyur və gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir. Zəfər paradı, Hərbi Qənimətlər Parkının yaradılması və ordunun peşəkarlığının nümayiş etdirilməsi gələcək nəsillərə dövlətçilik ənənələrinin ötürülməsini təmin edir.

2022-ci il avqustun 26-də Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürülmüş, 2023-cü il sentyabrın 19-20-da isə lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmişdir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilmişdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

“Böyük Qayıdış I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi infrastrukturun bərpası sürətlə irəliləyir. Yeni yollar, enerji və kommunal sistemlər, şəhər və kənd yaşayış məskənləri, təhsil və səhiyyə obyektləri müasir standartlara uyğun yenidən qurulur. Bu proses iqtisadi fəaliyyətin bərpasına, iş yerlərinin yaradılmasına və regional inkişafın güclənməsinə imkan yaradır. 2025-ci il oktyabrın 1-dək azad edilmiş ərazilərə 19 109 nəfərdən ibarət 4826 ailənin qayıdışı təmin edilmişdir.

Beləliklə, böyük Zəfər Azərbaycanın gücünü, xalqın birliyini və ordunun qüdrətini bir daha nümayiş etdirdi. Bu ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoydu. Xalq-iqtidar-ordu birliyi ölkənin möhkəm və dayanıqlı inkişafını təmin edir.

Asif Əsgərli

Milli Məclisin deputatı

Siyasət 18:24

Zəfər formulu: Lider-xalq birliyi və milli maraqlara əsaslanan qətiyyətli siyasət

Xəbərlər 18:23

Böyük Zəfər: mövcud geosiyasi reallıqlar sülh, təhlükəsizlik və yeni perspektivlər vəd edir

Xəbərlər 18:21

Tarixi Zəfərdən Böyük Qayıdışa

Siyasət 18:01

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi - elm, dil və milli inkişafın yeni mərhələsi

Siyasət 17:43

Prezident İlham Əliyevin 80 illik yubileydə çıxışından əsas mesajlar

Siyasət 17:36

8 Noyabr - Qürur və Zəfər Günümüz

Siyasət 17:33

Zəfərlə yenidən doğulan Azərbaycan

Siyasət 17:26

Qarabağ Zəfəri - Müqəddəs 8 NOYABR ŞƏRH

Siyasət 17:25

Şuşanın azad edilməsi Qarabağ Zəfərinin zirvəsi oldu

Siyasət 17:21

Zəfər Gününə dost təbrikləri!
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see257

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see199

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see183

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see169

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see139

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see137

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see133

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see131

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see131

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see122

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see121

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see121

İsrail və ABŞ: ittifaq, yoxsa himayə?“ “Walla“ nəşri

05 Noyabr 2025 22:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri