Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Qətl törədən biri əfv oluna bilərmi? Qanun nə deyir? VƏKİL AÇIQLADI

Qətl törədən biri əfv oluna bilərmi? Qanun nə deyir? VƏKİL AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Qətl kimi ağır cinayətlərdə əfvetmə məsələsi cəmiyyətdə ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Bir şəxsin əfv olunması onun tam bəraət alması və ya cinayətin baş verməməsi anlamına gəlmir. Əfvetmə dövlətin humanizm prinsipi əsasında tətbiq etdiyi hüquqi mexanizmdir və hər bir müraciət fərdi qaydada qiymətləndirilir. Azərbaycanda əfvetmə hüququ yalnız Prezidentə məxsus müstəsna səlahiyyət hesab olunur və bu proses həm Konstitusiya, həm də Cinayət Məcəlləsi ilə tənzimlənir”.

Bu sözləri SİA-ya açıqlamasında Əlövsət Allahverdiyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətidir və fərdi qaydada müəyyən edilən şəxslərə tətbiq olunur. Əfvetmə haqqında qərar Prezidentin sərəncamı ilə rəsmiləşdirilir:

”Əfvetmə həm Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə, həm də başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunaraq cəzasını Azərbaycanda çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil oluna bilər.

Prezidentin əfv sərəncamı ilə

•məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər;
•cəzanın müddəti azaldıla bilər;

•cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər;

•ömürlük azadlıqdan məhrum edilmiş şəxsin cəzası 25 ildən çox olmayan müddətli azadlıqdan məhrumetmə ilə əvəz edilə bilər;

•cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfvetmə şəxsi bəraətləndirmir və cinayətin törədilməsi faktını aradan qaldırmır. Bu, dövlət tərəfindən göstərilən humanizm aktı hesab olunur.

Əfvetmə məsələləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə:

əfvetmə yalnız Prezident tərəfindən həyata keçirilir; məhkum cəzanın qalan hissəsindən azad edilə, cəza müddəti azaldıla və ya daha yüngül cəza ilə əvəz edilə bilər; ömürlük həbs cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətli həbs cəzası ilə əvəz oluna bilər; əfv aktı ilə məhkumluq da götürülə bilər.

Qətl törətmiş və ya digər ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin əfv olunma ehtimalı isə bir sıra meyarlar əsasında qiymətləndirilir. Xüsusilə aşağıdakı hallar nəzərə alınır:

məhkumun davranışı və islah olunma səviyyəsi; törədilmiş əmələ görə peşmançılıq hissi; zərərçəkmiş tərəflə barışıq və ya münasibətlərin vəziyyəti; vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi; məhkumun sağlamlıq vəziyyəti; ailə və sosial vəziyyəti; cəza müddətinin hansı hissəsinin çəkilməsi; penitensiar müəssisədən verilən müsbət xarakteristika; əvvəllər məhkum olunub-olunmaması və digər hüquqi hallar.

Əfvetmə barədə müraciət də müəyyən müddətlərdən sonra verilə bilər. Bir qayda olaraq:

az ağır cinayətlərə görə məhkum olunan şəxslər cəzanın ən azı üçdə birini çəkdikdən sonra; ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan şəxslər cəzanın ən azı yarısını çəkdikdən sonra; ömürlük həbs cəzası alan şəxslər isə ən azı 10 il cəza çəkdikdən sonra əfv üçün müraciət edə bilərlər.

Əfvetmə barədə müraciətdə məhkumun şəxsiyyəti, hökm barədə məlumatlar, cəza müddəti, ailə vəziyyəti, səhhəti, peşmançılıq hissi, vurulmuş ziyanın ödənilməsi və əfvin mümkünlüyünü əsaslandıran digər hallar ətraflı göstərilməlidir.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri