Qətldə şübhəli kimi saxlanılan müğənni ilə bağlı qərar dəyişdi
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Futbolçu Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaqda məhkəmə yeni qərar qəbul edib.
Axşam.az xəbər verir ki, məhkəmə cinayət işi üzrə şübhəlilər arasında yer alan və daha əvvəl həbs edilən müğənni İzzət Yıldızhanın azadlığa buraxılmasına qərar verib. Eyni qərarla Yıldızhanın ölkədən çıxışına qadağa qoyulub.
Digər təqsirləndirilən şəxslərin isə həbsdə qalması qərarı alınıb.
Növbəti məhkəmə prosesi 22 iyunda olacaq.
Xatırladaq ki, İ.Yıldızhan cinayətin əsas şübhəlisi Alaattin Kadayıfçıoğlunun qaçırılması prosesində fəal rol oynamaqda ittiham olunurdu. Onun 6 aydan 5 ilə qədər azadlıqdan məhrum edilməsi istənilir.
Qəsdən adam öldürməkdə ittiham olunan Alaattin Kadayıfçıoğlu, Aleyna Kalaycıoğlu və onun anası Zuhal Kalaycıoğlunun hər biri üçün ayrıca ömürlük həbs cəzası tələb olunur.
Baxış sayı:166
Bu xəbər 05 May 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















