Icma.az
close
up
RU
Qətlə yetirilən şəxsin anası: Oğlumun qanını yerdə qoymayacağam

Qətlə yetirilən şəxsin anası: Oğlumun qanını yerdə qoymayacağam

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və quldurluq maddəsi ilə təqsirləndirilən şəxs Rəhim İsmayıl oğlu Əsədovun növbəti məhkəmə prosesi keçirilib.


"Unikal"ın məlumatına görə, hakim Novruz Kərimov dövlət ittihamçısı dəyişdiyi üçün yeni prokuror Elvin Mirzəyevi təqdim edib.


Sonra şahid qismində qətlə yetirilən Rəşid Rüstəm oğlu İmanovun anası Günel İmanova ifadə verib:


"Mən Rəhim Əsədovu tanımıram. Hadisə baş verən gün mən işdə idim. Hər gün mən işdə olanda məni yığırdı. Zəng elədim, gördüm Rəşidin telefonundan kimsə yazdı. Amma Rəşid solaxay olduğuna görə göndərdiyi onun yazdığı mesaj deyildi. Sonra qaynım oğlu İsmayılı göndərdik evə, gördü Rəşid qanın içindədir. Rəşidin qanını yerdə qoymayacağam. Ona ömürlük cəza istəyirəm. Məni Rəşid saxlayıb aşpazlığı ilə".
 

Növbəti şahid, Rəşidin qardaşı Riyad İmanov ifadə verib:
 

"Rəhimi tanımıram. Hadisə barədə heç nə bilmirəm, mən işdə olmuşam, ofisiant işləyirdim. Bu gəlib evə, aralarında mübahisə olub, öldürüb Rəşidi. Hadisə barədə mənə əmim oğlu məlumat verib. Qardaşım aşpaz işləyib".


Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı ilkin olaraq Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Dekabr 2024 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see192

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see171

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see159

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see132

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see127

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see127

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see123

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see119

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see118

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see117

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see117

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see117

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see116

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see115

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see115

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see115

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri