Qeydiyyat nişanına bu dəyişikliyə görə müdaxilə edənlər CƏRİMƏLƏNƏCƏK VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi artıq tətbiq olunmayacaq.
Avtosfer.az xəbər verir ki, dəyişiklik yalnız yeni hazırlanan və ilk dəfə nəqliyyat vasitələrinə veriləcək nömrə nişanlarına aiddir. Hazırda sürücülərin istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır və onların yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur.
Bununla yanaşı, son vaxtlar bəzi sürücülərin mövcud nömrə nişanlarındakı defis işarəsini qəsdən silməsi və ya örtməsi halları müşahidə olunur. Bu cür müdaxilə isə qanun pozuntusu sayılır və nömrənin oxunaqlığını azaltdığı üçün inzibati məsuliyyət yarada bilər.
Dəyişiklik yalnız standartın yenilənməsi məqsədi daşıyır və hazırkı nömrələrin görünüşünə hər hansı dəyişiklik etmək sürücülərin öz təşəbbüsünə buraxılmır. Mövcud nömrələr qüvvədə qalır və onların üzərində oynamağa hüquqi əsas yoxdur.
Eltac Zülfüqaroğlu
Baxış sayı:101
Bu xəbər 21 Noyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















