Icma.az
close
up
RU
Qeyri neft gəlirləri riskləri aradan qaldırır

Qeyri neft gəlirləri riskləri aradan qaldırır

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

“Fitch Solutions”un Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozları ümidvericidir

Dünyanın nüfuzlu institutlarından olan “Fitch Solutions” qlobal iqtisadiyatla bağlı açıqladığı yeni hesabatda Azərbaycan üzrə iqtisadi artım proqnozunu dəyişməz saxlayıb. Təşkilatın ehtimallarına əsasən, 2025-ci ildə ölkəmizdə iqtisadi artım tempi 2,6 faiz, 2026-cı ildə isə 3,2 faiz səviyyəsində olacaq.

2027-ci ildə isə ölkəmizdə real ümumi daxili məhsul (ÜDM) üzrə proqnoz 3,1 faizdən 3,2 faizə qaldırılıb. “Fitch Solutions”in qlobal bazar üzrə analitiklərinin qənaətinə görə, Azərbaycanda ÜDM-in təxminən 50 faizini neft sektoru təşkil etsə də, son illərdə qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu amil ölkə iqtisadiyyatı üçün riskləri aradan qaldırır.

Dövlət-özəl sərmayələri ümumi iqtisadi artımı böyüdür

“Fitch Solutions” ailəsinə daxil olan “Fitch Ratings”in baş direktoru Erik Arispe bildirib ki, Azərbaycanda neft sektorunda son illərdə azalmanın müşahidə edilməsi bu sektordan daxil olan gəlirləri də kiçildir, qlobal bazarlarda gözlənilən situasiyalar qarşıdakı dövrdə neft satışı üzrə fiskal yığımları bir qədər də azalda bilər. Ancaq buna baxmayaraq, Azərbaycanın qaz hasilatında son illərdə əhəmiyyətli artımlar müşahidə olunur ki, bu, 2025-ci ildə və növbəti illərdə də davam edəcək. Nəticədə hasilatın yüksəlməsi neft gəlirlərinin azalan həcmlərini kompensasiya edəcək.

E. Arispe bildirib ki, Azərbaycan iqtisadiyyatında nəzərə çarpan yeni dinamika əsas etibarilə iqtisadiyyatın şaxələndirilməsi və müasir sənayeləşməyə əsaslanır. Son illərdə dövlətin maliyyəsi ilə yanaşı, özəl sektorun və xarici sərmayədarların dayanıqlı maliyyə qoyuluşları hesabına ümumi iqtisadi artım böyüməkdədir.

Digər iqtisadi qurumun - “Moody’s Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri isə hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı ümümdünya göstəricisindən (2,5-3 faiz) daha yuxarı templə böyüyür. 2024-cü ildə Azərbaycanda ÜDM-nin 4,1 faiz artması da bunu təsdiqləyir. Dinamika sabit qalacaq və 2025-ci ilin sonunda təxminən 4 faiz artım gözlənilir.

Valyuta Fondu daha nikbin proqnozlar irəli sürüb

Niderlandın “ING” təşkilatının bir müddət əvvəl açıqladığı qlobal hesabatda isə ölkəmizdə ÜDM-nin 3-3,5 faiz nisbətində olacağı əksini tapıb. Asiya İnkişaf Bankının  ötən ilin sonlarında açıqladığı “Asian Development Outlook” icmalında isə Azərbaycanda ÜDM-in cari il üzrə illik artım proqnozu 4-4,2 faiz intervalında qərarlaşdırılıb.

Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatında Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 4 faiz təşkil edəcəyi ehtimal olunur. Fondun, həmçinin ötən il dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,5-4 faiz olacağı fərz edilir.

Dünya Bankının (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnoz-xülasəsində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu faktorun 2025-ci ildə ÜDM-in 3,9 faizi ötməsində əsaslı rol oyanayacağı vurğulanır.

Hökumətin Ortamüddətli dövr üzrə proqnozları

Azərbaycan hökumətinin makroiqtisadi proqnozları da yuxarıda adları çəkilən təşkilatların əksəriyyətinin gözləntilərinə uyğundur. Belə ki, İqtisadiyyat Nazirliyinin 2025-ci il üzrə artım proqnozu 3,5 faiz, Mərkəzi Bankın ehtimalları isə 3,3 faiz nisbətində müəyyənləşib. Hökumətin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o  cümlədən qeyri-neft ÜDM-nin  həcmi 92,2  milyard manat təşkil edəcək. Milli məhsulda neft sektorunun payı 28,6 faiz, qeyri-neft-qaz ÜDM-nin payı isə 71,4 faiz ehtimal edilir. 2026-cı ildə ÜDM-in həcmi 133,8 milyard manata, qeyri-neft ÜDM-nin həcmi isə 100 milyard manata çatacaq. 2027-ci ildə ÜDM 142,9 milyard manat, o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyərin həcmi 108,3 milyard manata bərabər olacaq. 2028-ci ildə isə ÜDM-in cəmi dəyəri 150,8 milyard manata çatacaq ki, onun 117,2 milyard manatının və ya 77,7 faizinin qeyri-neft ÜDM-i olacağı fərz edilir. Beləliklə, ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta  illik 3,35 faiz, qeyri-neft-qaz ÜDM-nin artım tempinin isə 5 faiz olacağı proqnozlaşdırılır.

Ölkədə iqtisadi inkişafın sosial sahələrə də təsirləri əhəmiyyətli dərəcədə nüfuz edəcəyi gözlənilir. Belə ki, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir. Orta aylıq əməkhaqqının nominal həcmi 2025-ci ildə 1080 manat, 2026-cı ildə 1156 manat, 2027-ci ildə 1237 manat, 2028-ci ildə isə 1327 manat təşkil edəcək.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri