Icma.az
close
up
RU
Qeyri rəsmi işləməyin riskləri

Qeyri rəsmi işləməyin riskləri

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu ilin əvvəlindən əmək qanunvericiliyində məsafədən iş rejimi, işçilərin sosial təminatını yaxşılaşdıran hüquqların artırılması, məzuniyyət haqları, əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı işçilərin müavinətinin adekvatlığı kimi bir sıra mütərəqqi tənzimləmələr həyata keçirildi. Bu kimi islahatlar sırf şəffaf əmək şəraitinin təmini, işçilərin əmək hüquqlarının qorunması və yeni təminatların həyata keçirilməsinə müsbət təsir göstərməkdədir”.

Ölkə.az xəbər verir ki, bu fikirləri hüquqşünas Şəhriyar Həbilov qeyri-rəsmi məşğulluğun fəsadları barədə “vergiler.az”a açıqlamasında səsləndirib. Onun sözlərinə görə, bir sıra hallarda qeyri-rəsmi məşğulluq şəxsin əmək hüquqlarının müdafiəsindən kənar qalmasına və əməyinin nəticələrinin qeyri-adekvat şəkildə mənimsənilməsinə gətirir. Hüquqşünas vurğulayıb ki, faktiki olaraq əmək münasibətlərində olan işçi ilə müqayisədə qeyri-rəsmi məşğulluğa cəlb edilən şəxslər aşağıdakı imtiyazlardan məhrum olur:

- əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli və qismən ödənişli məzuniyyət, təhlükəsiz əmək şəraitinin təmini;

- istirahət günü və istirahət vaxtının təmini;

- əməkhaqqı ödənişi;

- iş vaxtından artıq işə görə ödəniş;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuşa görə müavinətlər;

- icbari tibbi sığorta üzrə tibbi sığorta proqramından təmənnasız istifadə;

- işsizlikdən sığorta halında sığorta ödənişinin təmini;

- əmək stajı müddətinə uyğun olaraq güzəştlər;

- pensiya təminatı;

- rəsmi gəlirlilik əsasında müəyyən olunan imtiyazlar və hüquqlardan istifadə;

- Qanunvericiliklə müəyyən edilmiş digər güzəştlər.

“Bunun müqabilində isə qeyri-rəsmi məşğulluğa imkan verən sahibkarlar irihəcmli sanksiyaları gözardı edərək, cüzi və qeyri-şəffaf məvacib sistemi, şərtləri birtərəfli qaydada müəyyən olunan müqavilə strukturu və “qara kassa” sxemi ilə işçi hüquqlarını kobud surətdə pozmuş olurlar. Dövlət isə hər iki hal üçün işçi hüquqlarının müdafiəsi mexanizmlərini qurmaqla açıq surətdə qanunvericiliyin tələblərini pozan şəxsləri məsuliyyətə cəlb etməyi və əmək qanunvericiliyinin adekvat müdafiə sistemini qurmağı prioritet kimi müəyyənləşdirib”, – Ş.Həbilov əlavə edib.

Ekspert bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ qeyd edilib: “Əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada qanunvericiliklə müəyyən edilmiş formada bağlanılan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Göründüyü kimi, sənədlər hər kəsin sərbəst surətdə əmək qanunvericiliyinin tələblərinə uyğun və öz seçiminə əsasən, əmək fəaliyyətinə cəlb olunmasına imkan verir. Əmək münasibətləri isə gündən-günə təkmilləşdirilərək işçilərin hüquqlarının müdafiəsini daha da möhkəmləndirir”.

İqtisadçı Eyyub Kərimli də qeyri-rəsmi məşğulluğun həm iqtisadiyyata, həm də vətəndaşların sosial təminatlarına mənfi təsir etdiyini vurğulayıb, formal işçilərin vergi uçotuna durmadan işlədiklərini qeyd edib: “Qeyri-rəsmi məşğulluq insanların əmək və sosial hüquqlarını məhdudlaşdırır, gələcəkdə onların pensiya təminatına mənfi təsir göstərir. Yəni burada həm vətəndaşlar, həm də dövlət zərər görür. Həmin şəxslər vergi və sosial yığımlardan kənarda qalırlar. Bəzən sahibkarlar da işçiləri qeyri-rəsmi məşğulluğa cəlb etməyə meyil göstərirlər. Bu da vergi və sosial ödənişlərdən, eləcə də işçilərin hüquqlarının təmin olunmasından yayınmağa hesablanıb. Müqaviləsiz işləmək gələcəkdə həmin şəxslərin pensiya kapitalının formalaşmasına mənfi təsir göstərir”.

Bununla bağlı ciddi maarifləndirlməyə ehtiyac olduğunu deyən E.Kərimli hesab edir ki, vətəndaşlar gələcək təminatlarını bugünkü kiçik gəlirlərinə qurban verməməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 May 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri