Icma.az
close
up
RU
Qeyri neft sektorundakı artım Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirir İQTİSADÇI DANIŞDI

Qeyri neft sektorundakı artım Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirir İQTİSADÇI DANIŞDI

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

"Qeyri-neft sektorunda əldə olunan inkişafı iqtisadi baxımdan qiymətləndirərkən bir neçə əsas istiqaməti xüsusi vurğulamaq lazımdır. Son illər Azərbaycan iqtisadiyyatında neftdən asılılığın azaldılması prioritet elan olunduğundan hökumət müxtəlif sahələrdə islahatlar həyata keçirmiş, nəticədə qeyri-neft sektorunda nəzərəçarpan canlanma yaranmışdır. Bu proses həm struktur islahatlarının, həm də biznes mühitinin yaxşılaşdırılmasının birbaşa nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.Onun sözlərinə görə, infrastrukturun genişlənməsi və dövlət investisiyaları qeyri-neft sahələrinin inkişafında mühüm rol oynayıb. Regionlarda yolların, logistika mərkəzlərinin, sənaye parklarının və kənd təsərrüfatı klasterlərinin yaradılması istehsal həcmlərini artırmaqla yanaşı, ixrac imkanlarını genişləndirib: "Bu isə müxtəlif məhsullar üzrə xarici bazarlara çıxışı asanlaşdırıb və yerli sahibkarların rəqabət qabiliyyətini yüksəldib. Əsas məsələ kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsidir. Son illər sahibkarlara güzəştli kreditlər, vergi stimulları, subsidiyalar və ixrac dəstəyi kimi mexanizmlər tətbiq olunur. Bu, xüsusilə qeyri-neft sənayesi, aqrar sektor, xidmət sahələri və turizmdə yeni müəssisələrin yaranmasına, məşğulluğun artmasına və iqtisadi şaxələndirməyə töhfə verir. İxracyönümlü iqtisadiyyat modelinə keçid qeyri-neft sektorunun inkişafında həlledici rol oynayır. Azərbaycanın “Made in Azerbaijan” brendi ilə müxtəlif ərzaq və sənaye məhsullarının xarici bazarlara çıxarılması, gömrük və logistika proseslərinin sadələşdirilməsi, yeni ticarət əlaqələrinin qurulması qeyri-neft ixracının həcmini artırır. Bu, valyuta gəlirlərinin daha diversifikasiya olunmasını təmin edir. İstiqamət insan kapitalının gücləndirilməsidir. Peşə təhsili, innovasiya və rəqəmsal bacarıqların inkişafı, startap ekosisteminin formalaşdırılması yeni iş sahələrinin yaranmasına və müasir iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığına imkan yaradır. Bu, xüsusilə xidmət sektoru, İKT və yaradıcılıq sənayesi kimi sahələrin inkişafına təkan verir.Uzunmüddətli perspektivdə qeyri-neft sektorundakı bu artım Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirir, neft qiymətlərinin dəyişkənliyindən yaranan riskləri azaldır və iqtisadiyyatın struktur baxımından daha balanslı formaya keçməsinə şərait yaradır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafını sürətləndirir, işsizliyi azaldır və əhalinin rifah səviyyəsinin yüksəlməsinə töhfə verir. Qeyri-neft sektorunun davamlı şəkildə inkişaf etməsi gələcəkdə daha rəqabətli, sabit və diversifikasiya olunmuş iqtisadi modelin formalaşması üçün əsas açardır".

Müəllif: Ziya Hikmətoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri