Qeyri rəsmi işləyənlər sığorta haqqı ödəyəcəklər Kim azad olunacaq?
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkədə icbari tibbi sığorta (İTS) sisteminin maliyyə davamlılığını artırmaq məqsədilə 2026-cı ildən yeni maliyyələşmə modeli qüvvəyə minəcək.
Moderator.az xəbər verir ki, bu dəyişikliklər xüsusilə əmək qabiliyyətli, lakin rəsmi gəlir göstərməyən şəxsləri əhatə edəcək.
"Tibbi sığorta haqqında" Qanuna təklif edilən düzəlişlərə görə, əmək qabiliyyəti olduğu halda rəsmi gəlir göstərməyən şəxslər hər ay minimum əməkhaqqının 4 faizi həcmində, hazırkı minimum əməkhaqqına görə təxminən 16 manat, məbləğində sığorta haqqı ödəməli olacaqlar.
Bu mexanizm əsasən qeyri-formal işləyən, rəsmi əmək müqaviləsi bağlamayan və öz gəlirlərini leqallaşdırmaqdan yayınan şəxsləri hədəf alır. Rəsmi açıqlamalarda bildirilir ki, bu addım dövlət büdcəsinin payını azaltmaq deyil, İTS Fondunun öz daxilolmalarını artırmaq və sistemi daha sabit maliyyələşdirmək məqsədi daşıyır.
Sosial həssas qruplar, o cümlədən aztəminatlı ailələr, əlilliyi olan şəxslər, pensiyaçılar, 18 yaşadək uşaqlar, eləcə də evdar və şəxsi gəliri olmayan qadınlar sığorta ödənişindən tam azad olunacaqlar.
Həmçinin məcburi köçkünlər, tələbələr, hərbi qulluqçular və hamilə qadınlar da daxil olmaqla, bu qrupların heç biri sığorta haqqı ödəməyəcək, ödənişi əvvəlki kimi dövlət qarşılayacaq.
Dəyişikliklərin digər mühüm hissəsi isə 2026-cı ildən etibarən ilkin tibbi-sanitariya yardımı (TTY) mərhələsini keçmədən birbaşa ixtisaslaşdırılmış həkimə müraciət edənlərin əlavə ödəniş etməli olmaları ilə bağlıdır. Bu mexanizmin məqsədi sahə həkimi institutunu gücləndirmək, xəstə axınını tənzimləmək və ixtisas həkimləri üzərinə düşən yüklənməni azaltmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 01 Dekabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















