Qeyri sabit hava şəraiti Pakistanın şimalında beş nəfərin ölümünə səbəb olub
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Pakistanın iki şimal vilayətində qar və leysan yağışları nəticəsində beş nəfər həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə yerli "Dawn" nəşri polisə istinadən məlumat yayıb.
"Gilgit-Baltistanda güclü qar yağışından sonra Diamerdəki qüllə evin üzərinə çökərək dörd nəfərin ölümünə səbəb olub. Bəlucistanda isə Job şəhərində leysan nəticəsində damın uçması bir nəfərin həyatına son qoyub", – nəşr qeyd edib.
Polisin məlumatına görə, Diamerin Tangir vadisində yaşayış evinin yaxınlığındakı müşahidə qülləsi evin üzərinə çöküb, nəticədə bir ailənin dörd üzvü həlak olub, daha iki nəfər yaralanıb. Qeyd olunub ki, xilasetmə əməliyyatı davam etdiyi üçün qurbanların sayı arta bilər. Soyuq hava səbəbindən Gilgit-Baltistanda yollar bağlanır və elektrik təchizatında fasilələr yaranır.
Job şəhərində isə bir uşaq damın uçması nəticəsində ölüb, iki nəfər xəsarət alıb. Bundan əlavə, altıdan çox insan buzlanma səbəbindən baş verən qəzalardan sonra xəstəxanaya yerləşdirilib.
Pakistan Meteorologiya Departamenti ölkənin bəzi bölgələrində yağış və qaryağışının davam edəcəyini proqnozlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















