Icma.az
close
up
RU
Qeysəriyyə əməliyyatı və əmizdirmə

Qeysəriyyə əməliyyatı və əmizdirmə

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Childbirth Connection adlı Təşkilatı qeysəriyyə kəsimi əməliyyatının ana və körpənin sağlamlığında yarana biləcək otuzdan artıq fəsadları  qeyd etmişdir.

Bu fəsadlar həm qısa, həm də uzun müddətli ola bilər və təbii doğuşla müqayisədə daha çox potensial problemlərin riskini artırır. Müqayisə üçün qeyd etmək lazımdır ki, təbii doğuşun səbəb ola biləcəyi potensial problemlərin sayı əməliyyatdan təxminən 6 dəfə daha azdır.

Doğuş təbii bir prosesdir və qadın təbiətinin bir hissəsidir. Gələcək  analar unutmamalıdırlar ki, qeysəriyyə yalnız zəruriyyət halında olan seçimdir və təbii doğuşun heç vaxt əvəzləyicisi və ya  ondan daha üstün ola bilməz.

Bizi yaradan Uca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”. (Bəqara, 286)
“Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.” (Taləq, 7)

Yuxarıda qeyd edilən fəsadlardan biri-qeysəriyyə əməliyyatının əmizdirmə prosesinə mənfi təsirinin üzərində dayanmaq daha məqsədəuyğundur. Beləki, Italiyanın University School of Medicine qeyd edir ki, əmizdirmə təbii doğuşla körpələrini dünyaya  gətirən analarda 71.5% olduğu halda qeysəriyyədən keçən analarda 3.5% müşahidə olunmuşdur.

Doktor Jack Newman qeyd  edir ki, doğuş prosesinə nə qədər az müdaxilə olarsa, əmizdirmə də bir o qədər rahat, problemsiz və müvəffəqiyyətli olar. Doğuşa müdaxilə kimi qiymətləndirilən damar daxili vurulan istənilən preparatlar anada döşlərin şişməsinə səbəb olduğundan körpə döşü götürməkdə çətinlik çəkir. Doğuş zamanı tətbiq olunan ağrıkəsicilər körpəyə yuxululuq gətirir, körpə əmmə kordinasiyasını itirir və bunun körpəyə təsiri hətta 2 həftə ərzində özünü biruzə verə bilər.

Jan Riordan tərəfindən aparılan tətqiqata görə, son dövrlər çox aktual olan epidural (onurğanın bel nahiyyəsində keyidilməsi) müdaxiləsi olan doğuşlarında əmizdirməyə mənfi təsiri aşkarlanıb. Beləki, heç bir  tibbi müdaxilə olmadan doğulan körpələrin əmmə qabiliyyəti maksimal 12-dən 11,1 bal olduğu halda epidural keyitmə ilə doğulan körpələrdə 8,5 bal olmushdur.

İsveçdə aparılan digər bir tətqiqata əsasən isə təbii doğuşla dünyaya gələn körpələrin hamısı ilk saat ərzində döşdə əmməyə qadir olduğu halda epidural vasitəsilə doğulanların yalnız 25%-i buna qadir olmuşdurlar.

Qeyd etmək lazımdır ki, qeysəriyyə əməliyyatı zəruri olan hallarda epidural keyitmə üsulu daha məqsədəuyğundur. Beləki, bu zaman ana ayıq olur və dərhal körpəsi ilə kontakt qura və tez bir zamanda əmizdirməyə başlaya bilir.

Həmçinin  hamıya məlumdur ki, qeysəriyyə əməliyyatı keçən anaya  profilaktik səbəblərdən anti-biotik preparatlar verilir ki, nəticədə süd yarası (Candida Albicans) xəstəliyinə  əsas yaradır. Süd yarası infeksiyası ananın giləsində həmçinin körpənin ağzında müşahidə olunur və bununla da  əmizdirmə prosesini ağrılı edir. Bu infeksiya ana və balanın paralel şəkildə müalicə olunmasını tələb edir.

Pediatr Doktor Sears öz təcrübəsinə əsaslanaraq bildirir ki, həm təbii həm də əməliyyatla dünyaya gələn körpələrin əmizdirilməsi aşağıdakı şərtlərə cavab verdiyi halda müvəffəqiyyətli olur. Qeysəriyyə əməliyyatına getməmişdən öncə əmizdirməni sahmanlamağa çalışın, bunun üçün aşağıdakılara riayət edin:

Həkiminizlə körpənizi doğuşdan dərhal sonra qucağınızda saxlamaq və əmizdirmək haqqında danışın.

Həmçinin əmizdirmədə əlavə köməyə ehtiyacınız olacaq beləki, siz həm özünüzü əməliyyatdansonra bərpa etməli və körpənizi əmizdirməlisiniz. Hətta uzanmalı olduğunuz halda başqasının köməyi ilə əmizdirməyə dərhal sonra başlaya bilərsiniz.

Həkiminiz körpənizə mənfi təsir  göstərməyəcək və yuxululuq gətirməyəcək dərmanlar yaza bilər.

Erkən və tez-tez əmizdirməyi planlaşdırın.

Uzanıqlı və ya “futbol topu” mövqelərində əmizdirmə haqqında öyrənin.

Mümkün qədər körpənizi yanınızda-sizinlə bir otaqda saxlamağa çalışın.

Müsbət düşünün və körpənizlə ilk vaxtlarınızı qiymətləndirin. Çətinliklər müvəqqətidir.

Müəllif: Səltənət Zülfüqarova,
Əmizdirmə Məsləhətçisi

Vib.az

 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 02:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri