Icma.az
close
up
RU
Qəza az, ölüm çox Maşın sürə bilmirik?

Qəza az, ölüm çox Maşın sürə bilmirik?

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, Cənubi Qafqaz ölkələri arasında son 4 il ərzində ən az yol-nəqliyyat hadisəsi Azərbaycanda qeydə alınıb.

Azərbaycanda 6 min 380, Ermənistanda 17 min 839, Gürcüstanda isə 17 min 198 yol-nəqliyyat hadisəsi baş verib. Buna baxmayaraq, yol-nəqliyyat hadisələrində həlak olanların sayı da ən çox bizim ölkədədir. Belə ki, müvafiq olaraq, Azərbaycanda 3 min 166, Ermənistanda 1400, Gürcüstanda isə 1765 nəfər yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Maraqlıdır, bunun əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yol-nəqliyyat hadisələri çox spesifik hadisələrdir, Cənubi Qafqazın özünəməxsus xüsusiyyəti var. Onun sözlərinə görə, müəyyən mental düşüncələr burada öz təsirini göstərir:

“Azərbaycanlılar və gürcüstanlılar buranın əsas sakinləridir, lakin ermənistanlılar sonradan gəlib. Bu səbəbdən bizim düşüncə tərzimizdə bir az çılğınlıq var. Avtomobildə təhlükəli davranışları çox sevirik, müəyyən manevrləri bacarırıqsa, bunu qəhrəmanlıq sayırıq. Lakin bu belə deyil”.

Mütəxəssis qeyd edib ki, Gürcüstanla Ermənistada ölüm rəqəmlərinin aşağı olması əhali sayı ilə bağlıdır, eyni zamanda avtomobil parkının da burada təsiri var:

“Ermənistan hansısa vasitə ilə avtomobillərin gömrük keçidindən daha ucuz və sadə prosedurlarla keçirilərək gətirilməsini təmin edə bildiyi üçün orada maşınlar çox ucuzdur. Hətta bir çox Rusiya vətəndaşı Ermənistandan avtomobil alıb aparır. Gürcüstan da öz yolunu tuta bilib. Azərbaycana 10 minə gələn avtomobil Gürcüstana 2 minə başa gəlir. Həmin ölkələrdə rüsum az olduğu üçün daha yeni avtomobillər gətirə bilirlər ki, belə olanda da ölüm və xəsarət halları daha az baş verir. Azərbaycanda da avtomobil parkının yenilənməsinə artıq başlanılıb. Bu barədə qərar verilib ki, avtomobillərin yaşı 15 ildən aşağı ola bilməz. Keçən ilin iyunundan sonra gətirilən avtomobillərə gəldikdə isə 8 il tələbi qoyulub. Elektrik və hibrid avtomobillər çıxandan sonra da ölkəmizdə o tip nəqliyyat vasitələrinə maraq çoxalıb. Beləliklə, ölkəmizdə avtopark yenilənəndən sonra müsbət nəticələr əldə edə biləcəyik”.

Ekspert nəzərə çatdırıb ki, ölkəmizdə yol-nəqliyyat hadisələrində bu qədər ölüm sayının çox olmasında piyadaların rolu böyükdür:

“Məsələn, ötən il 800 nəfər yol-nəqliyyat hadisəsi nəticəsidə ölübsə, onlardan 400-ü piyadalardır. Piyadaları çıxsaq, rəqəm digər Cənubi Qafqaz ölkələri ilə eyni olacaq. Piyadalarla bağlı çox ciddi tədbirlər görülməlidir. Yollarda qayda pozuntulara nəzarətin gücləndirilməsi yaxşı nəticələrə səbəb ola bilər”.

Firuzə Əliyeva

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri