Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib.
Bu barədə AZXEBER.COM-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə DYMX-nın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "İsuzu" və "ГАЗ” markalı iki yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















