Icma.az
close
up
RU
Qəza törədib aradan “itən” Balaəlini hansı cəza gözləyir? AÇIQLAMA

Qəza törədib aradan “itən” Balaəlini hansı cəza gözləyir? AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış meyxanaçı Balaəli Maştağalı tez-tez törətdiyi avtomobil qəzaları ilə gündəmə gəlir. Qəzalardan birində zərərçəkən şəxsin bildirdiyinə görə məsələni öz aralarında həll edəcəyini deyən Balaəli nə ustaların pulunu ödəyib, nə də zərərçəkənlə razılaşdırdığı məbləği. Nəticədə isə iş yarımçıq qalıb. Bəs belə olan halda təqsirkarı hansı cəza gözləyir?

Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev bildirib ki, hadisə baş verən zaman ərazini tərk etmək olmaz:

“Şəxsiyyətindən və hadisənin formatından asılı olmayaraq çox cüzi və istisna vəziyyətlərdə yol hərəkəti hadisəsi baş veribsə, hər hansısa bir formada hadisə yerini tərk etmək olmaz. Mütləq şəkildə əraziyə Yol patrul xidmətinin inspektoru və yaxud müvafiq bir əməkdaşı, o cümlədən vətəndaşın avtomobilinin sığortasını həyata keçirən hüquqi şəxs gəlməlidir. Bundan sonra hansısa ekspertiza və yol hərəkəti hadisəsinin səbəbləri, günahkar və təqsirkar şəxs bəlli olduqdan sonra nəqliyyat vasitələri aidiyyatı üzrə müvafiq məntəqələrə aparıla bilər. Qeyd olunan məsələ ilə bağlı şəxsin özü hər hansısa bir şəxsə inanıb.. Bu hadisə 20 il bundan öncə olsaydı məsələni yoluna qoymaq olardı. Çünki sığorta məsələsi indiki səviyyə qədər inkişaf etməmişdi. Amma burada səhlənkarlıq edən şəxs zərərçəkən şəxsdir. O hadisə yerini tərk etməli deyildi. Deyək ki, cəza cüzi cəzadır, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Bəli, avtomobili kənara vermək olardı ki, tıxac yaranmasın. Ərazini tərk edib, özləri razılığa gəlibsə artıq burada zərərçəkən şəxs qismində olan tərəf ödənişi almasa hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma məsələ artıq yol hərəkəti hadisəsi olduğundan, burda da sığorta, müşahidə kameraları olub. İsti-isti üstünə düşmək hara, 2 aydan sonra bu hadisəni araşdırmaq hara? Bu müzakirənin predmeti və mövzusu ola bilməz. İş-işdən artıq keçib. Ona görə də qəza baş verən an ərazini tərk etmək olmaz. Təkcə yol polisinin bildirişindən sonra ərazidən maşın götürülə bilər. Gündəmdə olan şəxslər, incəsənət adamları, ictimai xadimlər bu mövzularda nümunəvi olmalıdırlar. Onlar qanunvericiliyin tələblərinə riayət etməlidirlər ki, digər şəxslər üçün də örnək ola bilsinlər. Əgər əlimizdə olan sübutlara görə müəyyənləşsə ki, qarşı tərəf həqiqətən də zərər çəkib, avtomobilə böyük ziyan dəyib, bu halda da günahkarı hansısa sutkalıq həbs yaxud cəza gözləmir. Çünki insanlar öz aralarında anlaşıblar. Anlaşmanı sonradan pozublar. Hüquq-mühafizə orqanlarına müraciət olunsa bu məsələ məhkəmə predmetidir və onlar araşdırıb, qərarı verməlidir” deyə ekspert bildirib.(moderator.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri