Icma.az
close
up
RU
İtən əşyalar necə tapılıb sahibinə QAYTARILIR? Rəsmi AÇIQLAMA

İtən əşyalar necə tapılıb sahibinə QAYTARILIR? Rəsmi AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Ara-sıra ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində “itən əşyalara cavabdeh deyilik və ya itən əşyalara görə məsuliyyət daşımırıq” yazısına rast gəlirik. Bu yazı bizə əşyalarımızdan nə dərəcədə ehtiyatlı olmağımızı xatırladır. Amma ani təlaş və ya günün yorğunluğu ilə sənədlərimizi, əşyalarımızı hardasa unuda bilirik. Bu da nəticədə hər gün bizə lazım olan və ya özündə gözəl xatirələr daşıyan əşyaların itməsinə gətirib çıxarır.
Bəs ölkədə itən əşyaların tapılıb sahibinə qaytarılmasını hansısa qurum həyata keçirirmi?
Bu, məsuliyyəti üzərinə götürən varmı?
İlk ağıla gələn bir neçə qurumla əlaqə saxladıqdan sonra, “Təmiz Şəhər” ASC-nə yönləndik. Məlum oldu ki, itirdiyimiz olmasa da, mövzu ilə əlaqəli axtardığımız dəqiq ünvan sözgedən qurumdur. 
Mövzu barədə Bizim.Media-ya açıqlamasında “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarlı deyib ki, itən əşyalar tapıldıqdan sonra polisə təhvil verilir:
“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrindən biri Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodudur. Həmin zavodda tullantılar çeşidlənərkən onların içərisindən müxtəlif sənədlər, eyni zamanda, avtomobillərin dövlət nömrə nişanları tapılır. Həmin sənədlər Bakı Şəhər Baş Polis İdarəsinin tabeliyində olan Tapıntılar bürosuna təqdim olunur və polisin iştirakı ilə tapılan sənədlər qaytarılır.
Sosial şəbəkələrdə, internet üzərindən bəzi vətəndaşlar bizə müraciət edirlər. Həmin sənədlər bizdə olduğu halda qeyd edirik ki, polisə müraciət edərək onların iştirakı ilə əldə edirlər. “Tap qaytar” layihəsi itən sənədlərin tapılaraq vətəndaşlara qaytarılması üçün kömək məqsədi daşıyır. Amma bu, polisin iştirakı ilə həyata keçirilir”.
Qurum rəsmisinin sözlərinə görə, itən əşyalar arasında şəxsiyyət vəsiqələri, tələbə biletləri, diplomlar və müxtəlif sənədlər ola bilir:
“Təhvil verilən sənədlərlə bağlı aylıq statistika yoxdur. Tapıldıqca davamlı şəkildə tez bir zamanda həmin idarəyə təhvil verilir. Statistikası il üzrə müəyyənləşir və aktlaşdırılır. Əşyaların təhvilini operativ qaydada həyata keçiririk. Çalışırıq ki, tapılan əşyaları vaxt itirmədən təhvil verək”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Dekabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri