Icma.az
close
up
RU
Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir Xəbər saytı Son xəbərlər və Hadisələr

Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

2020-ci ilin noyabrında Ucarda baş vermiş və Rəşad Həsənovun ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı istintaq başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş üzrə Əmanətlərin Sığortalanması Fondunun sabiq şöbə müdiri, həmçinin fondun ləğv prosesində olan bank üzrə Restrukturizasiya İşçi Qrupunun keçmiş rəhbəri 1981-ci il təvəllüdlü Muxtar Muxtarov təqsirləndirilib.

Məlum olub ki, M.Muxtarov çalışdığı quruma məxsus avtomobillə işlə bağlı Bakıdan Gəncəyə yola düşüb. Avtomobildə qurumun şöbələrindən birinin müdir müavini vəzifəsində çalışan Rəşad Həsənov və digər iki vəzifəli şəxs də olub. Onlar Bakı-Qazax yolunun 217-ci kilometrliyində - Ucarın Müsüslü kəndi ərazisində qəzaya düşüblər. Belə ki, Muxtar Muxtarovun idarə etdiyi "Nissan Sunny" markalı xidməti avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində olan şəxslərdən Rəşad Həsənov vəfat edib. Daha 2 nəfər isə xəsarət alıb.

Uzun vaxt aparan ibtidai və məhkəmə istintaqından sonra Ucar Rayon Məhkəməsi faktla bağlı açılmış cinayət işi üzrə hökm çıxarıb. Məhkəmə prosesində bəlli olub ki, təqsirləndirilən şəxslə R.Həsənovun ailəsi arasında barışıq əldə edilməyib.

Məhkəmədə bildirilib ki, Rəşad Həsənovun həyat sığortası olduğuna görə qəzadan sonra onun ailəsinə rəsmi olaraq cəmi 282 619 manat sığorta pulu ödənilib.

O da məlum olub ki, Rəşad Həsənovun atası Müzəffər Həsənov Muxtar Muxtarovdan müxtəlif dövlət qurumlarına şikayət edib. O, M.Muxtarovla görüşü zamanı 200 min manat ödəməyəcəyi təqdirdə şikayətçi olacağını bildirib. Mərhumun atası təqsirləndirilən vəzifəli şəxsə məbləğin 80 min manatını nağd, qalan 120 min manatı isə ayda 700 manat olmaqla ödəməyi və bu məqsədlə müqavilə bağlamağı təklif edib: "Lakin mən ona bu qədər vəsaiti ödəmək imkanında olmadığımı bildirdim. Bundan sonra Rəşadın atası hədə və şantajlarını davam etdirərək məni və avtomobildə olmuş digər 2 nəfəri də tutduracağını dedi".

Məhkəmə prosesində müəyyənləşib ki, M.Həsənov M.Muxtarova qarşı dəymiş maddi-mənəvi zərərə görə 919 min manatlıq mülki iddia qaldırıb.

Ucar Rayon Məhkəməsinin çıxardığı hökmlə Muxtar Muxtarov Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin sürücülük hüququ da 3 il müddətə məhdudlaşdırılıb. Cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

919 min manatlıq mülki iddia isə sənədlərin yetərsizliyi səbəbilə baxılmamış saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Noyabr 2024 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see148

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see138

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see125

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri