Qəzada yaralanan sərnişin xəstəxanada öldü
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şamaxıda yol qəzasında xəsarət alan sərnişin xəstəxanada vəfat edib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib. “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan və çoxsaylı bədən xəsarətləri alan 66 yaşlı sərnişin Qabil Sərkərov təcili xəstəxanaya çatdırılıb. Amma onun həyatını xilas etmək nümkün olmayıb. Ağır yaralı xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Ehtiram Muradov
Baxış sayı:56
Bu xəbər 10 Fevral 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















