Qəzada yaralanan şəxs xəstəxanada ölüb TƏBİB
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
TƏBİB İmişlidə baş vermiş yol qəzasına dair məlumat yayıb.
"Yeni Sabah" xəbər verir ki, mayın 24-də saat 23:00 radələrində İmişli rayonu ərazisində “Mercedes” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. 3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Dördpendirli pizza
1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə nəticəsində daha bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Baxış sayı:137
Bu xəbər 25 May 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















