Icma.az
close
up
RU
Qəzadan sonra avtomobili yolun ortasında saxlayıb sığortanı gözləməyə ehtiyac varmı? MÜTƏXƏSSİS RƏYİ

Qəzadan sonra avtomobili yolun ortasında saxlayıb sığortanı gözləməyə ehtiyac varmı? MÜTƏXƏSSİS RƏYİ

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mütəmadi olaraq yol-nəqliyyat hadisələri zamanı sürücülərin qəzaya düşmüş avtomobilləri yolun ortasında saxlayaraq sığorta şirkətinin nümayəndəsinin gəlməsini gözləmələri hallarına rast gəlinir. Bu isə əksər hallarda yolların yüklənməsinə, ucu-bucağı görünməyən tıxacın yaranmasına, beləliklə, nəqliyyat vasitələrinin hərəkətinin iflicinə səbəb olur. Bəs qanun bu haqda nə deyir?

Avtosfer.az xəbər verir ki, iqtisadiyyat.az mövzu ilə bağlı ekspert və hüquqşünasların fikirlərini öyrənib.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanuna əsasən, yol-nəqliyyat hadisələrinə görə saatlarla vaxt itirməyə ehtiyac yoxdur.

Onun sözlərinə görə, maddi zərərlə nəticələnən qəzalar zamanı sürücülər öz aralarında razılıq əldə edib avtomobilləri yol kənarına çəkməlidir. 

Ekspert söyləyib ki, qəza ilə bağlı sürücülər hadisənin baş verdiyi ərazinin sxemini tərtib edərək oranı tərk edə bilərlər:

“Sürücülər öz aralarında razılığa gəlirlər ki, bununla da hadisəni törədən və zərərçəkən bəlli olur. Dəymiş zərər qarşı tərəfdən ödənildikdən sonra bu məsələ öz həllini tapmış olur. Sürücüləri daha çox qorxuya salan əsas nüans isə sığorta şirkətləridir. Son dövrdə yol polisi də sürücülərə müraciət edir ki, yol-nəqliyyat hadisələri zamanı avtomobili yolun ortasında saxlamağa gərək yoxdur”.

E.Muradlı onu da vurğulayıb ki, bu kimi hallarda yol-nəqliyat hadisələri zamanı yollarda süni tıxaclar yaranır və bu da əlavə vaxt itkisinə gətirib çıxarır:

“Sığorta şirkəti və ya yol polisi gələnə qədər kənardan keçən sürücülər və piyadalar hadisəyə tamaşa edir, telefonla həvəskar çəkiliş aparır və bununla da qəzanın baş verdiyi ərazini xaotik əraziyə çevirirlər. Ona görə polis dəfələrlə bu istiqamətdə çağırış edib. Müəyyən videomüraciətlər olub ki, bu ərazidə dayanmaq lazım deyil. Onsuz da bu qəza maddi zərərlə nəticələnir. Hadisə yerində razılıq əldə olunmalıdır. Lap olmasa da belə, bütün yollarda kameralar quraşdırılıb. Baş vermiş yol-nəqliyyat hadisələri anbaan kameralara düşür”.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, yol-hərəkət qaydaları ilə bağlı məsələ qanunun 37-ci maddəsində öz əksini tapıb.

O qeyd edib ki, sürücülər yol-nəqliyyat hadisəsində iştirak etdiyi halda bu barədə yol polisini məlumatlandırmalıdırlar:

“Sürücülər arasında hadisələrin mexanizmi ilə bağlı fikir ayrılığı yoxdursa, onda hadisə yerində gözləməyə ehtiyac yoxdur.

Dünya təcrübəsində sürücülər hadisənin sxemini çəkmirlər. Əgər maddi ziyanla nəticələnmiş hadisədirsə, onda yalnız fotoşəkil çəkərək yol polisinə müraciət edə bilərlər. Ümumiyyətlə, qanunvericilikdə sığorta şirkətlərinin hadisənin baş verdiyi əraziyə gəlməsi nəzərdə tutulmur”.

Ekspert onu da əlavə edib ki, heç bir sürücü sığorta əməkdaşını gözləmək məcburiyyətində deyil:

“Lakin sürücülər arasında fikir ayrılığı, yaxud ölümlə nəticələnən hadisə olduğu zaman mütləq yol polisi əməkdaşını gözləmək lazımdır. Qanunda belə bir tələb var. Müəyyən şərtlər daxilində hadisə ilə bağlı maddi ziyan və fikir ayrılığı yoxdursa, polisi gözləmək məqsədilə saatlarla vaxt itirməyə ehtiyac yoxdur”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri