Icma.az
close
up
RU
Qəzalara görə hər il Azərbaycana təxminən 3 milyard manat ziyan dəyir ƏRŞAD HÜSEYNOVDAN AÇIQLAMA VİDEO

Qəzalara görə hər il Azərbaycana təxminən 3 milyard manat ziyan dəyir ƏRŞAD HÜSEYNOVDAN AÇIQLAMA VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Dünən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

---
Müzakirələr zamanı çıxış edən Hüquqşunas Ərşad Hüseynov bildirib ki, belə məsələlərin işıqlandırılmasına çox böyük ehtiyac var. 
“Doğrudan da, yol hərəkəti təhlükəsizliyi heç bir halda ikinci plana atılası məsələ deyil. Yol hərəkəti təhlükəsizliyinin dünyada statistikası, təhlili, idarə olunması ilə məşğul olan beynəlxalq qurumlar var. Məsələn, Avropa İqtisadi Komissiyası, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumların statistikasına görə, hər il dünyada təxminən 1,3- 1,5 milyon insan yol-nəqliyyat hadisələrinin qurbanı olur.
Ölkəmizdə də kifayət qədər ciddi rəqəmlər müşahidə olunur. Rəsmi statistikalara baxsaq görərik ki, son illərdə hər il sabit şəkildə 700-800 arası insan yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişir. Maraqlısı budur ki, bu hadisələrin qurbanları əsasən gənclərdir. Statistikaya görə, 9-30 yaş arası insanların ölüm səbəbləri arasında birinci yerdə məhz yol-nəqliyyat hadisələri dayanır. Ona görə də yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi işlər görülməlidir.
2018-ci ildə ölkəmizdə bu sahə ilə bağlı dövlət proqramı qəbul olundu. Amma çox təəssüf ki, bu proqram lazımınca icra edilmədi. Bəlkə də kosmetik addımlar atıldı, lakin nəticədə keyfiyyət dəyişikliyi hiss olunmadı. Bizim cəmiyyətdə hazırda gücümüz yalnız danışmağa çatır. Təbii ki, dövlət qurumlarından müəyyən tədbirlər gözləyirik. Amma cəmiyyətin özü istər sürücü, istər sərnişin, istər piyada, istərsə də yol ətrafında obyekt sahibi olan insanlar bu məsələdə məsuliyyətli davranmalıdır”.
Hüquqşunas qeyd edib ki, cəmiyyət hələ də təhlükəsiz davranışın nə olduğunu aşağı səviyyədə bilir. 
“Məsələn, yolun hərəkət hissəsində obyektinin qarşısında maşın yuyurlar, qapısını hərəkət hissəsinə açıb orada tozsoranla iş görürlər. Ən pis nümunələrdən biri yaxın vaxtlarda Heydər Əliyev prospektində baş verdi. Avtobus gəldi və yolun hərəkət hissəsində qapısı açıq vəziyyətdə dayanan avtomobilə toxundu və nəticədə yol nəqliyyat hadisə si baş verdi. Bu təhlükəsiz davranış məsələsi təkcə yolda deyil, yoldan kənardakı insan davranışlarında da özünü göstərməlidir. Təəssüf ki, biz bu anlayışı formalaşdıra bilməmişik.
Bunun bir çox səbəbləri var. Birincisi, bizim cəmiyyət yol hərəkəti qaydalarının nə üçün lazım olduğunu bilmir. Bəli, qaydaları bilirlər, təlimçilər və müəllimlər öyrədirlər, imtahan verirlər, sürücü olurlar. Amma bu qaydaların niyə vacib olduğunu bilmirlər. “Nə”yi bilirlər, amma “niyəsini” bilmirlər. Məsələn, elementar dayanma qaydasını pozmaq, günorta çağı maşını elə bir yerə qoyuram ki, hamı görür, amma bəzən kimsə görmür. Ələt-Astara yolunda baş verən bir hadisəni xatırlayaq: təkər dəyişən avtomobil yol çiyninə çıxarılmamışdı. Yağış yağmışdı, çiynin palçıq olduğuna görə sürücü avtomobili yolun hərəkət hissəsində saxlamışdı. İçəridə 3 sərnişin var idi. Yük maşını gəldi və həmin avtomobili vurdu. Nəticədə, 3 sərnişin dünyasını dəyişdi”. 

Ərşad Hüseynov deyib ki, sürücülərdən sorğu keçirsək, dayanma qaydalarının pozulmasının cəzasını 20-40 manatlıq cərimə kimi görürlər. Heç bir əhəmiyyət vermirlər. Bu düşüncəni dəyişmək lazımdır.
“Bəzən psixoloji aspektlər də mühüm rol oynayır. Elə sürücülər var ki, nəinki təhlükəsiz davranış qaydalarına əməl etmirlər, hətta özlərini bilərəkdən təhlükəyə atırlar. Hamı yolun bir hissəsi ilə hərəkət edir, amma baxırsan ki, biri sağdan keçir, soldan keçir, sürəti artırır, qəfil tormozlayır. Psixoloqlarla söhbət zamanı onlar bildirirlər ki, bəzi sürücülər özlərini bilərəkdən stress vəziyyətinə salırlar. Bu stress isə onları aqressiyaya sürükləyir, qıcıqlandırır və nəticədə zəncirvari davranış pozuntuları baş verir. Birdən görürsən ki, həmin adam qırmızı işıqda keçir, yaşıl işıqda keçən avtomobil gəlir və onu vurur nəticədə hər şey bir anda bitir.
Mən düşünürəm ki, bizim qarşımızda duran ən böyük vəzifə yol-nəqliyyat hadisələrinin məhz insani tərəflərini araşdırmaqdır. Bu da təhsildən başlayır. Bəzən “yol hərəkəti mədəniyyəti” ifadəsi işlədilir. Əslində bu, ümumi mədəniyyətin tərkib hissəsidir. Heç kim bunu ümumi mədəniyyətdən ayıra bilməz. Hər şey təhsildən başlayır, yalnız sürücülük təhsili deyil, uşaq bağçasından, ibtidai, orta məktəbdən və universitet səviyyəsində verilən təhsildən. Yəni dünyagörüşünü dəyişən təhsildən söhbət gedir”. 
Ərşad Hüseynov inkişaf etmiş ölkələrin məhz bu məsələni həll etdikdən sonra irəliləyişə nail olduqlarını qeyd edib:
“Təhlükəsizlik üçün zəruridir. Avropa İqtisadi Komissiyasının statistikası var dünya üzrə yol-nəqliyyat hadisələri hər il ümumi daxili məhsulun təxminən 3-5%-ni məhv edir. Bu məlumat bütün dünya üzrə keçərlidir.
Əgər bu rəqəmi Azərbaycana tətbiq etsək, yol-nəqliyyat hadisələri nəticəsində insan itkiləri də daxil olmaqla ölkəmizə hər il təxminən 3 milyard manat ziyan dəyir. Bu ziyana insan həyatının iqtisadi dəyəri, səhiyyə sisteminin yüklənməsi, sosial müavinətlərin artması, ailələrin başsız qalması və hadisəni törədən şəxsin taleyinin dəyişməsi daxildir.
Ona görə də bu sahədə ciddi tədbirlər görülməlidir, sürücülük təlimindən başlayaraq maarifləndirmə işlərinə qədər hər sahədə”.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri