Icma.az
close
up
RU
Qəzalı 9 mərtəbəli binalar da söküləcəkmi? Açıqlama

Qəzalı 9 mərtəbəli binalar da söküləcəkmi? Açıqlama

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Sözügedən binalar paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında yerləşir.

Adətən 5 mərtəbə tipli binalar sökülür ancaq qəzalı halda 9 mərtəbəli binalarda çoxdur. Hazırki planda 9 mərtəbəli binalar da nəzərdə tutulubmu?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bəli, bu məsələ gündəmdədir. Bakı şəhəri, Baş planı təsdiq olunandan sonra ölkədə olan qəzalı və qismən qəzalı binaların sökülməsi məsələsi gündəmə gəlib. Riskli binalar olduğuna görə, hökumət bu istiqamətdə maraqlıdır ki, bu binalar tez bir zamanda aradan qaldırılsın. Söhbət daha çox qəzalı binalardan gedir. Çünki o binalarda yaşamaq həqiqətəndə riskli hesab olunur.

Ekspertin sözlərinə görə, məsələyə qlobal baxmaq olar ki, bu kimi binaların hansı formada sökülməsi həyata keçiriləcək. Dövlət hesabınamı olacaq, yoxsa, bu layihələr tikinti şirkətlərinə həvalə olunacaq?

Əslində çoxmənzilli binaların sökülməsi 5 mərtəbəli binaların sökülməsinə söhbət gedir. İqtisadi baxımdan bir o qədər əlverişli deyil. Ona görə ki, indiki inşaat normativlərin əvvəlki illərdə olan inşaat normativlərindən daha sərtdir. Bu baxımdan tikinti şirkətləri üçün daha az qazanc qalır. Ötən illərdəki icra olunan pilot layihələr əvvəlki inşaat normativləri ilə həyata keçirilirdisə, orada qazanc daha çox qalırdı.

“Faktiki olaraq biz son 10 il ərzində olan təcrübəyə baxsaq 5 mərtəbəli binaların sökülməsi yalnız yerləşmə olaraq metro çıxışları, əsas yolların yaxınlığında yerləşən, ticarət obyektləri yaxşı satılan, icarəyə verilən yerlərdə həyata keçirilir. İnfrastruktur baxımdan əlverişsiz yerdə yerləşən çoxmənzilli binaların sökülməsi faktiki olaraq həyata keçirilməyib. Təqdim olunan binalar ki, var, onların sayı təxminən 100-ə yaxındır. Dövlət tərəfindən daha tez həyata keçirilə bilər. Tikinti şirkətlərinin ümidinə qalsa, onların arasında seçim çox məhdud olacaq.
Qeyd etdiyimiz qəzalı binaların hamısı 2 və 5 mərtəbəli binalardır. Çoxu 70-ci illərə kimi əvvəlki texnologiya ilə inşa olunan binalardır. 70-ci illərdən sonra qlobal bir dəyişiklik baş verib. Sovet hökuməti vaxtında panel binaların tikintisinə üstünlük verilirdi. Panel binalar iqtisadi baxımdan daha ucuz başa gəlirdi. İstismar müddəti orta hesabla 50 ildən 100 ilə kimi nəzərdə tutulmuşdu”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri