Qəzaya düşən şəxs xəstəxanada öldü Fərhad Əhmədovun mühafizəçisi olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.
AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qəza Ağdaşda baş verib. Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib.
Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyi müəyyən edilməyib.
Kamil Binnətov yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib.
Bildirək ki, Kamil Binnətov uzun müddət Bakı Bulvar İdarəsində, "Park Bulvar Mall” ticarət mərkəzində mühafizə xidmətinin rəisi işləyib. O, həmçinin göyçalı milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 Yanvar 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















