Qəzaya düşən təyyarədəki sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır VİDEO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsindən 12 nəfər, o cümlədən bir uşaq müxtəlif xəsarətlərlə Mañğıstau Vilayət Xəstəxanasına yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə İdarəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Sağ qalanlar təyyarədən belə çıxarılır – ANBAAN VİDEO
Mənbə qeyd edir ki, əvvəlcə sağ qalanların sayının 6 nəfər olduğu bildirilmişdi. Hazırda xəstəxanaya çatdırılan şəxslərin ağır vəziyyətdə olduğu qeyd edilir.
Təyyarədə ümumilikdə 67 nəfər (onlardan 5-i ekipaj üzvüdür) olub. Sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Xilasetmə işləri yerində aparılır və vəziyyətlə bağlı yenilənmiş məlumatlar təqdim ediləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















