Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Qəzayla bağlı yayılan saxta məlumatlar nəyə hesablanıb? Deputatlar şərh etdilər Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qəzayla bağlı yayılan saxta məlumatlar nəyə hesablanıb? Deputatlar şərh etdilər Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəlli olduğu kimi, dekabrın 25-i səhər saatlarında AZAL-a məxsus "Embraer 19" adlı təyyarə Bakı-Qroznı relsini həyata keçirərkən ağır qəzaya uğrayıb.

Qəza nəticəsində 3-ü ekipaj üzvü olmaqla, 38 nəfər vəfat edib.

Faciəvi hadisəyə görə ölkədə matəm günü elan edilib.

Hadisədən sonra isə diqqətçəkən məqam yerli və xarici KİV-lərin məsələyə qeyri-obyektiv yanaşması idi.

Belə ki, bəzi informasiya vasitələri təyyarədə olan sərnişinlər və ölüm faktları barədə məlumatları şişirdərək cəmiyyətdə çaşqınlıq yaratmağa çalışıblar.

Həmin resursların media savadlığının hansı səviyyədə olması isə sözügedən qəzanın baş verməsindən sonra bir daha özünü biruzə verdi.

Onu da qeyd edək ki, Azərbaycanda 16-22 dekabr tarixlərində "Media savadlılığı" həftəsi keçirilmişdi.

Bəs, niyə yerli media subyektləri "media savadlılığına" əməl etmədən, bu cür həssas informasiyaları rəsmi mənbələrdən dəqiqləşdirmədən yayırlar?

Məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında sözügedən vəziyyəti şərh edib: 

"Təbii ki, bu çox ağır bir hadisədir. Bunların araşdırılması da vaxt tələbidir, mühüm əhəmiyyət kəsb edir. Ən ciddi məsələ də ondan ibarətdir ki, məhz cənab Prezident İlham Əliyevin vacib səfərdən qayıtması, dərhal özünün təyyarəsində olan vaxt komissiyanın yaradılması, tapşırıqların verilməsi, komissiya üzvlərinin hər birinin cavabdehliyi haqqında qərar qəbul olunması, Azərbaycandan, Baş Prokurorluq tərəfindən iki maddə ilə cinayət işi qaldırılaraq Qazaxıstana həmin o müstəntiqlərin göndərilməsi, müxtəlif nazirliklərinin nümayəndələrinin Aktau şəhərinə ezam edilməsi, ölkədə matəm elan edilməsi, eyni zamanda Birinci Vitse-Prezident Mehriban Əliyevanın verdiyi başsağlığı, ardıcıl olaraq həm qara qutunun tapılması, nə qədər yaralı olması, nə qədər itkinin olması və s. bunların hamısı olduqca mühüm məsələlərdir. Burada söhbət insan taleyindən, müqəddəs hislərdən gedir. Kiminsə ailə başçısı, uşağı, övladı, anası, bacısı həlak olmuş və yaxud ağır yaralanmış bir vəziyyətdədir. Buna görə də onların hissiyatından manipulasiya etmək, onların hissiyatı ilə oynamaq, bilmədiyi şeyi danışmaq və hər bir işin guya bilicisi, peşəkarı kimi müxtəlif açıqlamalar vermək heç də yaraşan işlər deyil".

Deputat faciəvi qəzayla bağlı feyk informasiya yayanlara sərt sözlər deyib:

"Məlum məsələdir ki, dezinformasiya, sistemli manipulyasiya və məsuliyyətsizlikdir. Hər kəs üzərinə düşəni etməlidir, bildiyini danışmalıdır və bunu vicdanlı etməlidir. Məsuliyyətsiz medianın bu cür manipulyasiyaları və yanlış xəbərləri isə yalnız düşmənin xeyrinə hərəkət edərək həmin insanların hissinə toxunmaqdır. Əhali arasında həyəcanlı əhval-ruhiyyə səpməkdir. Ona görə də bir daha yalnız rəsmi məlumatların mənbələrinə etibar etməyə çağırıram. Panika yaratmamaq, manipulyasiyalar etməmək, insan öz sözünə, hərəkətinə və ümumən fəaliyyətinə görə məsuliyyat daşımalıdır. Bunu istəməməsi və öhdəsindən gələ bilməməsini ifadə edən mənfi mənəvi əxlaqi keyfiyyət məsuliyyət anlayışının mahiyyətini açır. Həmin yanlış informasiyanı yayan adam təsəvvür etsin ki, bu hadisə onun yaxın qohumunun və yaxud digərinin başına gəlib. Onda bu hansı hissləri keçirə bilər, onlar haqqında hansısa məlumatları yaymaq nə deməkdir. Eyni zamanda hər hansı bir istinad olunmayan xəbərlərdən aralı olmaq lazımdır".

"Düşünürəm ki, hər kəs öz üzərinə düşəni etməli, komissiyanın qərarını gözləməli, eyni zamanda komissiyanın qərarına uyğun olaraq öz fikirlərini bildirməlidir. Bir daha Allah ölənlərə rəhmət eləsin, yaralılara tezliklə sağalmalarını arzulayıram. Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla, onun tapşırığına uyğun olaraq bu qəzada əziyyət çəkmiş və ya hər hansı bir problemi yaranmış Azərbaycan vətəndaşının yanında olacaqdır və buna görə də onun tapşırığına uyğun olaraq bütün hamı məsuliyyətlə öz üzərinə düşəni yerinə yetirəcəkdir".

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, heç bir aviaşirkət təyyarə qəzalarından sığortalana bilməz:


"Heç bir aviakampaniya, hava yolları şirkəti qəzadan 100 faiz sığortalana bilməz. Nəzərə almaq lazımdır ki, AZAL dünyanın ən keyfiyyətli xidmət göstərən və ən təhlükəsizlik hava yolları şirkətindən biridir. Biz bunu əyani şəkildə, qəza baş verərkən bir daha da gördük. Pilotlarımız çox böyük peşəkarlıqla, fədəkarlıqla təyyarədə olan sərnişinlərimizin üçdə birini xilas etməyi bacardılar. Mən düşünürəm ki, bu AZAL-ın fəaliyyətini qiymətləndirmək, pilotlarımızın peşəkarlığını qiymətləndirmək üçün çox ədalətli bir kriteriyadır. Məsələ ondadır ki, bu bir faciədir və Azərbaycan xalqı baş vermiş faciədən dərhal sonra necə səfərbər oldu. Azərbaycan Prezidenti öz səfərini yarımçıq qoyaraq geri döndü, dərhal müşavirə keçirdi, yaralılara yardım göstərilməsi, baş vermiş hadisənin araşdırılmaları üçün xüsusi komissiya yaradıldı".

Deputat qeyd edib ki, bu tragedik hadisə beynəlxalq kədərə çevrildi:

"Mən deyərdim ki, bu tragediya xarakterli hadisə beynəlxalq kədərə çevrildi, dünya ölkələrinin hər birində həssas bir mövzuya çevrildi. Amma Azərbaycandan başqa heç bir ölkədə baş vermiş qəza siyasi motivlərlə manipulyasiya edilmədi. Təəssüf doğuran budur. Çox təəssüf ki, bizdə bəzi siyasi manipulyatorlar, hətta bəzi dırnaqarası partiyalar bu məsələni tamamilə milli maraqlarımıza zidd olan və ədalətdən, haqqdan uzaq olan bir mövqedən şərh etməyə başladılar. Kimi bunu quru sərhədlərlə, kimi başqa bir səbəblə ələqələndirdi. Ona görə də mən düşünürəm ki, bu doğru yanaşma deyil. Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 24-ü buna qarşı öz mövqeyini bildirdi".

Deputat iki siyasi partiyanın hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdiyini vurğulayıb:

"İki partiya - Müsavat partiyası və Azərbaycan Xalq Cəbhəsi partiyası yenə də sosial şəbəkələrdə və siyasi sistemimizdə olan manipulyatorların önündə avanqarda çevrilərək hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdilər. İnsanları süni manipulyasiya etməyə təşəbbüs göstərdilər. Mənə elə gəlir ki, bu Azərbaycan vətəndaşlarına, qəzada zərərçəkənlərə, həyatını dəyişən vətəndaşlarımıza qarşı bir təxribatdır. Ona görə də mən düşünürəm ki, Azərbaycan cəmiyyətinin tam əksəriyyəti bu mövqeyi rədd edir və baş vermiş qəzanı sadəcə qəza kimi qiymətləndirir. Amma səbəblərinə gəldikdə isə əlbəttə ki, biz bilirik ki, araşdırılması ən çətin olan qəzalardan biri aviasiya qəzalarıdır. Biz əminik ki, artıq iki ölkənin yaratdığı komissiya, bir ölkənin ev sahibliyi etdiyi ekspertlərdən ibarət, xüsusən mütəxəssislər qrupu ən doğru qiyməti verəcəklər. Onda görək Azərbaycan cəmiyyətini manipulasiya etmək istəyən fəallar və siyasi partiyalar özlərində cəsarət tapıb Azərbaycan xalqından üzr istəyə biləcəklər".


Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see381

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see206

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see188

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri