Qəzənfər Abbasov: Xankəndi” ilə qarşılaşmaya qədər xal itirmək olmaz
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Əsas məqsədimiz erkən qollar vurmaq idi. Futbolçularım tapşırığın öhdəsindən gəldi. Bundan sonra rahat oynamağa başladıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"nın baş məşqçisi Qəzənfər Abbasov deyib.
Gənc mütəxəssis komandasının İkinci Liqanın 18-ci turunda "Göygöl"ə böyük hesabla qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb:
"90 dəqiqə ərzində oyuna nəzarət edən biz idik. Rəqib ara-sıra əks hücumlara atılmaq istəsə də, müdafiəçilərimizin gözəl oyunu sayəsində qapımızı toxunulmaz saxladıq. "Xankəndi" ilə aramızdakı 3 xal fərqi davam edir. Onlar da xal itirə bilər. Xal itirməsələr belə onlarla qarşıda bir duelimiz olacaq. Çempionluq iddiamızdan əl çəkmirik. "Xankəndi" ilə qarşılaşmaya qədər xal itirmək olmaz. Əlimizdən gələn hər şeyi edəcəyik. Əgər rəqibin qarşısını alan olmasa, çalışacayıq onları məğlub edib, çempion olaq".
Qeyd edək ki, "Qaradağ Lökbatan" "Göygöl" matçı meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başq çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 18 Mart 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















