Icma.az
close
up
RU
“Qəzza bölgəsi Fələstin Muxtariyyətinə birləşdirilməlidir“ Mahmud Abbas

“Qəzza bölgəsi Fələstin Muxtariyyətinə birləşdirilməlidir“ Mahmud Abbas

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ərəb ölkələri Qəzza sakinlərinin regionun digər ölkələrə köçürülməsi planlarını qətiyyətlə rədd edir..."

Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Qutterişə məktub göndərib.

Moderator.az xəbər verir ki, bu barədə "Vəfa" agentliyi məlumat verib. Məlumatı "belta.by" nəşri yayıb.

Məlumatda deyilir ki, Mahmud Abbas Quterrişə "Fələstin xalqının köçürülməsinin yolverilməzliyi" mövzusundakı möhkəm mövqeyinə görə dərin təşəkkürünü bildirib və BMT baş katibinin beynəlxalq hüquqa sadiqliyini yüksək qiymətləndirib. O, bunun bölgədə təhlükəsizlik və sülhün təmin olunması üçün ən yaxşı yol olduğunu vurğulayıb.

Mahmud Abbas Qutterişin Qəzza bölgəsində hərbi əməliyyatların və dağıntıların yenidən başlamasına qarşı çıxan son bəyanatlarını xüsusilə qeyd edib. O, davamlı atəşkəsə çağıraraq, humanitar yardımların ərazidə fasiləsiz çatdırılmasını təmin etməyə çağırıb.

"Biz Fələstin xalqının köçürülməsinə qarşı mövqeyinizi və Fələstin Administrasiyasının Qəzza bölgəsində məsuliyyəti öz üzərinə götürmək, o cümlədən Misir sərhəddindəki "Rafah" keçidini idarə etmək istəyinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk," - Abbas bildirib.

Məktub müəllifi həmçinin Qəzza bölgəsinin Fələstin Muxtariyyətinə birləşdirilməsinin və bu ərazidə bərpa işlərinin başlanmasının vacibliyini vurğulayıb.

Qutterişə göndərilən məktubda Abbas Qəzza sakinlərinin başqa ölkələrə köçürülməsinə dair hər hansı bir planı və BMT-nin Fələstinli Qaçqınlara yardım üçün yaradılmış Yaxın Şərq Agentliyinin fəaliyyətinin dayandırılmasına dair hər hansı bir cəhdi kəskin şəkildə rədd edir. O, beynəlxalq birliyi Agentliyə lazım olan dəstəyi göstərməyə çağırıb, onun fələstinli qaçqınlara yardımda əvəzolunmaz rolunu vurğulayıb.

Abbas həmçinin "Fələstin Administrasiyasının nəzarəti altında Qəzza bölgəsinin bərpasının sürətləndirilməsi və bu ərazinin İordan çayının Qərb sahili ilə əlaqəsinin təmin edilməsi üçün müttəfiq və dost ölkələrlə əməkdaşlığa sadiqliyini" təsdiq edib.

Nəhayət, Fələstin Administrasiyasının rəhbəri "1967-ci il sərhədlərində iki dövlət prinsipinə uyğun həll əsasında ədalətli sülh əldə etmək və Fələstinin BMT-də tam hüquqlu üzv olmasını təmin etmək üçün səylərini davam etdirdiyini" vurğulayıb.

Öz məktubununda  Abbas Qutterişin "qlobal sülh və təhlükəsizliyin təmin olunmasına dəstəyini" və "Fələstin xalqına müsbət dəstəyini" yüksək qiymətləndirib.

Bundan öncə xəbər verilib ki, ərəb ölkələrinin xarici işlər nazirləri ABŞ o

Prezidenti Donald Trampın Qəzza sakinlərini digər region ölkələrinə köçürmək planlarını kəskin şəkildə rədd edib. 

Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ərəb Dövlətləri Liqası və Fələstin Administrasiyası birgə bəyanat verərək, belə planların "regionun sabitliyinə təhdid yaradacağını, münaqişəni genişləndirmək və onun xalqları arasında sülh və birgəyaşama perspektivlərini zədələyəcəyini" bildirib və bunları "heç bir halda və heç bir bəhanə ilə" qəbul etmədiklərini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri