Icma.az
close
up
RU
Qəzza İordan çayının qərb sahili və Şərqi Qüds kimi fələstinlilərə məxsusdur Berbok

Qəzza İordan çayının qərb sahili və Şərqi Qüds kimi fələstinlilərə məxsusdur Berbok

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzza zolağının İordan çayının qərb sahili və Şərqi Qüds kimi fələstinlilərə aid olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, nazir Baerbok verdiyi yazılı açıqlamada ABŞ prezidenti Donald Trampın adını çəkmədən Qəzza ilə bağlı açıqlamalarına reaksiya verib.

Qəzzanın xarabalığa çevrildiyini qeyd edən Berbok: “Eyni zamanda açıq-aşkar bir şey var. Qəzza da Qərb Sahili və Şərqi Qüds kimi fələstinlilərə məxsusdur. Bu torpaqlar gələcək Fələstin dövlətinin başlanğıc nöqtəsini təşkil edir. Fələstinli mülki şəxslərin Qəzzadan çıxarılması nəinki qəbuledilməzdir, həm də beynəlxalq hüquqa ziddir”, - deyə qeyd edib.

Berbok həmçinin xəbərdarlıq edib ki, zorla köçürmə cəhdi yeni ağrılara və yeni nifrətə səbəb olacaq.

G7, Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının Qəzzada mülki əhalinin deportasiya edilməməsi və Qəzzanın daimi işğal edilməməsi lazım olduğunu ən əvvəldən açıq şəkildə ifadə etdiyini xatırladan Berbok, fələstinlilərin iştirakı olmadan heç bir həllin mümkün olmadığını vurğulayıb.

Nazir: “Danışıqlı iki dövlətli həll Fələstinlilərə və İsraillilərə sülh, təhlükəsizlik və ləyaqət içində yaşamağa imkan verəcək yeganə həll yolu olaraq qalır. Bu, həm də regiondakı ərəb dövlətlərinin aydın münasibətidir”, - deyə o qeyd edib.

Qəzzadakı dağıntıların miqyasının şok edici olduğuna diqqət çəkən Berbock: “Biz hamımız Qəzzanın ən qısa zamanda yenidən qurulması ilə razıyıq. Evlərin, xəstəxanaların, məktəblərin qalıqlarının və partlamamış hərbi sursatların çıxarılması böyük beynəlxalq iştirak tələb edəcək. Biz avropalılar, ABŞ və regiondakı tərəfdaşlarımız üzərimizə düşəni etməyə hazırıq”, - deyə nazir bildirib.

Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın Qəzza zolağının ələ keçirəcəyini və oradakı partlamamış bomba və digər silahların çıxarılmasına və dağılmış binalardan qurtulmasına cavabdeh olacağını bildirib.

Qəzzanın indi tamamilə dağıdıldığına diqqət çəkən Tramp, Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə getmələrinin çox daha yaxşı olacağını bildirib.

Tramp: “Birləşmiş Ştatlar Qəzza zolağını ələ keçirəcək və biz orada bizneslə məşğul olacağıq. Biz orada olacaq və bütün təhlükəli partlamamış bombaları və digər silahları ərazidən çıxarmaq və dağılmış binalardan xilas olmaq üçün məsuliyyət daşıyacağıq”, - deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri