Fələstin Qəzza zolağında atəşkəsdə Rusiyanın rolunu yüksək qiymətləndirir
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fələstin Rusiyanın Qəzza zolağında atəşi dayandırmaq və Fələstin məsələsinin ikitərəfli həllinə nail olmaq səylərini yüksək qiymətləndirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur "RİA Novosti"-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fələstin Rusiyanın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bağlı mövqeyindən “çox razıdır”.
Mənsur qeyd edib ki, siyasi üfüqdə Fələstin torpaqlarının "işğalına" son qoyulmalı və yerdə iki dövlətli həllin hazırlanması üçün zəmin təmizlənməlidir.
Diplomat vurğulayıb ki, Rusiya Federasiyası bütün bu proseslərdə Fələstin üçün əsas oyunçudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Yanvar 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















