Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Qəzzada atəşkəs planı qüvvəyə mindi yaxın 3 sutkada nələr olacaq?

Qəzzada atəşkəs planı qüvvəyə mindi yaxın 3 sutkada nələr olacaq?

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Türkiyə Qəzzadakı beynəlxalq missiyada yer alır, Ankara sülhməramlı göndərməyə hazır olduğunu bildirir

İsrail hökumət kabineti Qəzzada atəşkəslə bağlı Misirdə əldə olunmuş razılaşmanı təsdiqləyib. Artıq gələn xəbərlərdə İsrail ordusunun Qəzzanın bəzi hissələri, o cümlədən, döyüşlərin getdiyi Qəzza şəhəri və Xan Yunis ərazisindən çıxdığını göstərən kadrlar yayılıb.

İsrail hökumət mənbələrinin bildirdiyinə görə, Həmasla əldə olunan razılaşmaya əsasən Tramp planının birinci mərhələsində İsrail ordusu ilk etap olaraq Qəzza zolağının 47 faiz hissəsindən geri çəkiləcək. Eyni zamanda ilk 72 saat ərzində Həmasın əlində olan 20 nəfər sağ girov və cəsədlər təhvil veriləcək. Paralel olaraq İsrail 1700-dən çox fələstinlini, o cümlədən 250 ömürlük məhkumu azad edəcək. İlk etapda həmçinin 600 yük maşınından ibarət yardım karvanı Qəzzaya daxil olacaq.

Qeyd edək ki, Qəzzada atəşkəs razılaşması ilə bağlı əsas sual doğuran məqam onun təminatıdır. Çünki güclü təminat olmasa razılaşmanın ömrü uzun zaman davam edə bilməz. Misirdə aparılan İsrail-Həmas danışıqlarında da əsas mövzu sazişə beynəlxalq təminatın verilməsi idi. Hətta Həmas bununla bağlı ABŞ, Misir, Türkiyə kimi dövlətlərə müraciət edərək təminat istədi. Məhz bu səbəbdən danışıqların sonuncu günü ABŞ tərəfdən prezident Trampın Yaxın Şərq üzrə xüsusi təmsilçisi Stiv Uitkof, həmçinin kürəkəni və 5 il əvvəl Fələstin məsələsi ilə bağlı məşhur “əsrin müqaviləsi” layihəsinin müəllifi Cared Kuşner, Türkiyə kəşfiyyatının (MİT) direktoru İbrahim Kalın, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd Əbdürrəhman əl-Sani, Misirin kəşfiyyat naziri Həsən Mahmud Rəşad və İsrailin strateji işlər naziri Ron Dermer də prosesə qatıldı.

Son məlumata görə, ABŞ hökuməti Qəzzadakı beynəlxalq qüvvələrin fəaliyyətini koordinasiya etmək üçün Yaxın Şərqdəki hərbi bazalarından 200 hərbçini İsrailə göndərəcək.

Misirdəki müzakirələrdə iştirak edən MİT direktoru İbrahim Kalın və digər ölkə təmsilçiləri Qəzzada fəaliyyət göstərəcək beynəlxalq koalisiyanın işləmə mexanizminin üzərində müzakirələr aparıb. Türkiyə mənbələrinə görə, Həmas heyəti ilə də görüşən İbrahim Kalın Türkiyənin Qəzzada beynəlxalq qüvvələrin tərkibində fəaliyyət göstərəcəyini. həmçinin Ankaranın Qəzzanın fələstinlilər tərəfindən idarə olunması fikrinə sadiq olduğunu vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə nümayəndələri Qəzzada Həmas və İsrail arasında əldə olunmuş razılaşmanın icrasına nəzarət edəcək beynəlxalq missiyada yer alacaq. Bu açıqlamadan az sonra isə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr Türkiyə ordusunun Qəzzada sülhməramlı missiyada yer almağa hazır olduğunu bildirib.

Məsələ ondadır ki, Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə məlumatlar verilsə də, açıqlanan razılaşma mətnində belə bir müddəa yoxdur. Hələlik bilinən odur ki, atəşkəsə və razılaşmadan irəli gələn maddələrin icrasına ABŞ, Türkiyə, Misir və Qətər təmsilçilərindən ibarət heyət nəzarət edəcək.

Daha əvvəl Trampın planında sülhməramlı qüvvələrlə bağlı bəndin olduğu bildirilsə də, Həmas və İsrail bu təklifə soyuq yanaşdığını açıqlamışdı.

Bununla da belə demək olar ki, Trampın sülh planının ilk mərhələsi artıq qüvvəyə minmiş sayılır. Belə demək olar ki, bu mərhələdə hər iki tərəf qazanclıdır, həm İsrail, həm də Həmas ilk mərhələni qəbul edir. İsrail müharibəni dayandırır, əvəzində bütün ölü və sağ girovları geri alır. Bunun qarşılığında müharibə dayanır, İsrail ordusu Qəzzanın yarıya qədər hissəsindən çıxır və zolağa yardım buraxılır. Ən əsası Qəzzada bombardman və döyüşlər dayanır.

Ancaq daha mürəkkəb vəziyyət planın sonrakı hissəsinin razılaşdırılmasında ola bilər. Çünki bu mərhələdə Həmasın silahları təhvil verməsi, Qəzzada yeni idarəçiliyin qurulması və sair məsələlər masada müzakirə olunacaq. Trampın planına əsasən Həmas üzvləri və liderləri Qəzzada qala və ya zolağı heç bir maneəsiz tərk edib gedə bilər. Lakin silahlar təhvil verilib Qəzzada məhv edilməlidir. Həmasın islahı təhvil verib Qəzzada siyasi partiya kimi fəaliyyətini davam etdirəcəyi, yaxud Fələstindən kənarda mühacir təşkilat kimi fəaliyyətini davam etdirəcəyi bu mərhələdə razılaşdırılacaq.

Yeri gəlmişkən, beynəlxalq xəbər agentlikləri ABŞ prezidentinin bazar günü 12 oktyabrda Misir və İsrailə səfər edəcəyi haqda xəbərlər yayıb. Hətta bəzi mənbələr prezident Trampın Qəzzaya gedəcəyi haqda xəbər yaysalar da, bu barədə rəsmi məlumat yoxdur.

Nəticə etibarı ilə ABŞ prezidentinin Qəzza atəşkəsi planı müharibənin dayanması, girovların geri qaytarılması və zolağın yenidən bərpası kimi cari məsələləri həll etsə də, Fələstin dövlətinin yaranması, başqa bir deyimlə, münaqişənin köklü şəkildə həllini ortaya qoymur. Bu plan daha çox Qəzzaya həsr olunub. Qəzza isə Fələstin münaqişəsinin nəticəsində doğmuş bir yaradır, yaranın tam sağalması üçünsə Fələstin münaqişəsinin köklü həllinə nail olmaq lazımdır. Bu isə hələlik üfüqdə görünmür.
Xüsusi olaraq Musavat.com üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri