Icma.az
close
up
RU
Qurban Qurbanov: “Yüz faiz cəzalandırılacaqlar”

Qurban Qurbanov: “Yüz faiz cəzalandırılacaqlar”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri qarşılaşmanı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında qələbə qazanmaq istədiklərini, lakin buna nail ola bilmədiklərini bildirib.

“Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, qələbəyə çox istəkli və əks-hücumlarda sürətli oynayan kollektiv var idi. Çempionat göstərir ki, hər oyuna maksimum səviyyədə hazırlaşmalıyıq. Pozitiv düşünərək qarşıdakı matçlara hazırlaşacağıq”.

Qurbanov ilk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında yaşanan mübahisəyə də münasibət bildirib. Baş məşqçi hadisəni hələ tam araşdırmadığını, lakin hər iki futbolçunun cəzalandırılacağını vurğulayıb.

“Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə qarşı müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam. Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir”.

Baş məşqçi “Sabah”ın əsas futbolçularının bir çoxunu meydana buraxmadan “Qəbələ”ni 4:0 hesabı ilə məğlub etməsi fonunda “Qarabağ”ın eyni rəqibə qarşı çətinlik çəkməsini də şərh edib:

“Sabah” üçün də burada oyun asan keçməmişdi. Qolların ikisini son dəqiqələrdə vurmuşdular. “Qəbələ”nin yeni baş məşqçisi var. Yeton Bekirini tanıyıram. Ötən mövsüm Çempionlar Liqasında onun komandasına qarşı oynamışdıq. “Qəbələ” getdikcə daha yaxşı olacaq. Lider olmaq istəyiriksə, təbii ki, özümüz də daha yaxşı oynamalıyıq. Çatışmazlıqlarımız var və bu, normaldır. Ümumilikdə çempionatın gedişinə baxsaq, hər turda gözlənilməz nəticələr qeydə alına bilər”.

Qurbanov Marko Yankoviçin fasilədə əvəzlənməsinin məhz Mateus Silva ilə yaşadığı mübahisəyə görə olduğunu da təsdiqləyib.

Ağdam təmsilçisinin demək olar ki, yüzfaizlik qol imkanları yarada bilməməsi və hücum xəttindəki problemlər barədə danışan mütəxəssis komandanın daha yaxşı çıxış etməli olduğunu etiraf edib.

“Razıyam. Daha yaxşı oynamalı, topa daha çox sahib olmalı və qol imkanları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız və gücümüz var”.

Artıq 18 ildir “Qarabağ”a rəhbərlik edən Qurbanov heyətdə əvvəllər də ciddi dəyişikliklərin baş verdiyini, lakin budəfəki yenilənmə prosesində müəyyən çətinliklərlə üzləşdiklərini söyləyib.

“Futbol elə oyundur ki, burada daim dəyişikliklər baş verir. Bəzən birdən-birə böyük dəyişikliklər planlarımızın həyata keçməsinə mane olur. Çatışmazlıqlarla bağlı bir neçə məqamı qeyd etmək olar. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. İstənilən komanda istənilən rəqibə qarşı yaxşı oyun nümayiş etdirə bilər. Bu da çempionatın səviyyəsinin yüksəldiyini göstərir.

Bəlkə də, tam istədiyimiz xüsusiyyətlərə malik futbolçuları heyətə cəlb edə bilmədik. Bəzən oyun sistemini futbolçuların xüsusiyyətlərinə uyğun qurmağa çalışırıq. Amma düşünürəm ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçularımızın potensialı var. Avrokuboklarda mübarizəni dayandırmağımız bizə psixoloji baxımdan təsir etdi. Bəzi futbolçuların zədələnməsi də rotasiya imkanlarımızı azaltdı.

Daha yaxşı olmalıyıq. Çatışmazlıqlarımız var və bunu gizlətmirəm. “Qarabağ”ın əvvəlki kimi olmayacağını düşünmək düzgün deyil. Daha yaxşı olmağa çalışırıq. Alınmasa belə, bu, əllərimizi yanımıza salacağımız demək deyil. Yaxşı nəticələr qazanmaq üçün mübarizə aparırıq”.

Azarkeşlərin “Qarabağ”ı həmişə fərqli görməsinə və komandanın indiki oyununu qəbul etməkdə çətinlik çəkməsinə də münasibət bildirən baş məşqçi transferlərdə səhvə yol verdiklərini düşünmədiyini vurğulayıb:

“Komanda qalib gələndə daha uğurlu görünür. Transferlərdə səhv etdiyimizi düşünmürəm. Sadəcə, komandanı istədiyimiz dinamik oyuna çatdırmaq üçün bir qədər vaxt lazımdır. İnşallah, hər şey düzələcək. Azarkeşlərimiz ruhdan düşməsinlər. Bəzi fikirlər səsləndiriləndə onların ətrafında çoxlu müzakirələr yaranır və neqativ yanaşma formalaşır. Amma vəziyyət heç də belə deyil. Yaxşı komandamız var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Heyəti genişləndirmək istiqamətində işlərimizi davam etdiririk”.

Sonda Qurban Qurbanov adının Türkiyənin “Fənərbağça” klubu ilə hallanmasına da qısa münasibət bildirib:

“Fənərbağça”ya uğurlar arzulayıram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Oktyabr 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri