Icma.az
close
up
RU
Qəzzanın tam itirilməsi real və geri dönməz mərhələyə keçir

Qəzzanın tam itirilməsi real və geri dönməz mərhələyə keçir

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Qəzzada 20 maddədən ibarət sülh planı üçün sülh şurası yaradılıb və bu sülh şurasının təsisçiləri Qərb ölkələridir. Qəzzada fəaliyyət göstərəcək şuranın üzvləri isə Misir, Türkiyə, Qətər və digər xristian ölkələridir. ABŞ prezidenti Tramp da şuranın sədri kimi prosesin idarəçiliyini öz üzərinə götürüb.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

"Əslində “sülh təşəbbüsü” kimi təqdim olunan bu mexanizm Fələstin dövlətçiliyinin taleyinin tam şəkildə ABŞ başda olmaqla qlobal güclərin əlinə keçirilməsinin rəsmiləşdirilməsidir. Sülh şurasının tərkibi, qərarların qəbul mexanizmi və səlahiyyət bölgüsü onu deməyə əsas verir ki, bu mexanizm tərəflərin bərabərhüquqlu siyasi razılaşmasını deyil, əvvəlcədən müəyyən edilmiş nəticəyə doğru prosesi idarə edir" - politoloq deyib.

O, qeyd edib ki, Qəzzanın tam itirilməsi real və geri dönməz mərhələyə keçir və “texnokratik idarəetmə”, “Fələstin muxtariyyəti” terminləri Qəzzanın, Fələstinin ləğvini siyasi baxımdan yumşaltmaq üçün istifadə edilir. İsrailin tələbləri - Qəzzanın boşaldılması və silahsızlaşdırılması - yerinə yetirilir. Fələstinin de-yure muxtariyyəti de-fakto İsrailin hərbi və inzibati nəzarətinə verilir. Yəni Fələstin muxtariyyəti de-yure beynəlxalq sənədlərdə əks olunsa da, de-fakto vəziyyət İsrailin təhlükəsizlik, inzibati və hərbi nəzarətinin genişlənməsini təsdiqləyir, Fələstinin mənimsənilməsinə hüquqi baza yaradır:

"Əvvəllər yazmışdım ki, Fələstin dövləti ləğv ediləcək və İsrail–Fələstin münaqişəsinin “idarə olunan həllinin” icrasına başlanılıb.
1948-ci ildən paralel yaradılan İsrail Fələstindən fərqli olaraq güclü institutlar yaratdı. Fələstin isə daxili parçalanma, xarici güclərin alətinə çevrilmə və korrupsiya səbəbindən dövlətçilik institutlarını formalaşdıra bilmədi. Nəticədə fələstinlilərin vahid siyasi iradəsi və dövlət məsuliyyəti ortaya çıxmadı. Bu gün Fələstin dövləti faktiki olaraq mövcud deyilsə, bu, yalnız xarici təsirlərdən deyil, daha çox daxili siyasi bacarıqsızlığın və uzunmüddətli strategiyanın olmamasının nəticəsidir.

Digər tərəfdən, dünyada 22 ərəb dövləti mövcuddur və bu dövlətlərin əksəriyyəti Fələstin məsələsini siyasi prioritetdən çıxarıb. Bəzi ərəb dövlətlərinin fələstinlilərin Qəzzadan çıxarılmasına, yerləşdirilməsinə və bu prosesdə İsrailə köməyi onu göstərir ki, regionda Fələstin probleminin həlli deyil, Fələstinin ləğvinin nəticələrinin idarə olunması strategiyası üzrə proseslər gedir.

Proseslərdə Türkiyənin mövqeyi ayrıca diqqət tələb edir. Türkiyənin İsrailin regional təsirinin artması və faktiki genişlənməsi məsələsində mövqeyi açıq razılıqdan daha çox “səssiz qəbul” modeli ilə xarakterizə olunsa da, diplomatik ritorikaya baxmayaraq, Türkiyə–İsrail münasibətlərində iqtisadi, təhlükəsizlik və beynəlxalq platformalarda dolayı koordinasiya davam edir.

Türkiyə üçün əsas ekzistensial təhlükə İsraillə deyil, regional təhlükəsizlik balansı və xüsusilə kürd dövlətçiliyi ilə bağlı riskdir. Türkiyə Əsəd rejimini devirdikdən sonra Suriyada hakimiyyətə gətirdiyi Əş-Şara kürd əhalisi üçün kürd dilinin dövlət dili kimi istifadəsi və məktəblərdə tədrisi ilə bağlı fərman imzalayıb. İsrailin güclənməsi Türkiyənin cənub sərhədlərində birbaşa təhlükə yaratmadığı kimi, İranın zəifləməsi ilə üst-üstə düşən strateji maraqlara da cavab verir. Bu səbəbdən Türkiyə Fələstin və Qəzza məsələsində hərbi-siyasi müdaxilədən yayınaraq humanitar və diplomatik xəttlə kifayətlənir. Bu isə Türkiyənin İsrailin planlarına mane olmaması deməkdir.

Uzunmüddətli təhlil göstərir ki, Yaxın Şərq faktiki olaraq Türkiyə və İsrail arasında bölüşdürülüb. Fələstin və kürd məsələləri qarşılıqlı maraqlara uyğun planlı şəkildə aradan qaldırılır. İranın zəifləməsi hədəf, parçalanması isə məqsəd deyil. Mossadın İranda iğtişaşlar fonunda əhalinin tərkibi barədə məlumatında Cənubi Azərbaycan əhalisinin sayı 17 milyon göstərilib. Halbuki İranın rəsmi məlumatına görə azərbaycanlıların sayı 30 milyondan çoxdur. Bu fərq göstərir ki, maraqlar dəyişdikcə müttəfiq və dost ölkə anlayışı subyektiv olur".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Yanvar 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri