Qəzzaya dəyən ziyan açıqlandı: 823 məscid, 161 min ev…
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2023-cü ilin oktyabr ayından atəşkəsə qədər İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi kampaniya nəticəsində əraziyə 38 milyard dollar ziyan dəyib.
Axar.az xəbər verir ki, Qəzza zolağında 137 təhsil müəssisəsi, 823 məscid, 3 kilsə, 206 tarixi və ya mədəni dəyərə malik obyekt, 161 min mənzil dağıdılıb.
160 tibb müəssisəsi hədəfə alınıb. Enerji təchizatı sisteminə, su təchizatı və kanalizasiya şəbəkəsinə, yol-nəqliyyat infrastrukturuna xeyli ziyan dəyib.
Ümumilikdə 47 min 35 fələstinli həlak olub, 111 min fələstinli isə yaralanıb.
Qeyd edək ki, Qəzzada atəşkəs 19 yanvarda qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:Qəzzaya dəyən zərərin məbləği açıqlandı
02 Fevral 2025 18:47
Dünya Bankı Qəzzaya dəyən ziyanı açıqlayacaq
18 Fevral 2025 11:34
Kəlbəcərə dəyən ziyan açıqlandı
07 Fevral 2025 22:28
Qəzzaya nəqədər ziyandəyib? Rəqəm açıqlandı
03 Fevral 2025 07:35
İsrail Qəzzaya bu tarixdə Qəzzaya girəcək 60 min hərbçi ilə
20 Avqust 2025 11:33
Baxış sayı:131
Bu xəbər 22 Yanvar 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















