Icma.az
close
up
RU
QHT 27 sentyabr Anım günü və “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi Qayıdışı” adlı tədbir keçirib FOTOLAR

QHT 27 sentyabr Anım günü və “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi Qayıdışı” adlı tədbir keçirib FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Polşa Respublikasının Krakov şəhərində 27 sentyabr Anım günü və “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi Qayıdışı” adlı tədbir keçirilmişdir.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdən öncə 27 sentyabr Anım günü və Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya tarixi ilə bağlı qısa film nümayiş olunmuşdur. Sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, “Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sedat Şamilli bildirdi ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Azərbaycanın qüdrətli ordusunun gücü ilə 44 gün ərzində Vətən Müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması və Azərbaycanın milli suverenliyinin bərpa edilməsi tariximizin ən mühüm hadisələrindəndir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətlə verdiyi sözün üstündə durması nəticəsində nail olduğumuz bütün bu uğurlar, Vətən müharibəsi və antiterror tədbirlərində qazandığımız zəfərləri bir daha təsdiqlədi.

Sedat Şamilli tədbir iştirakçılarına Azərbaycandan qonaq gəlmiş “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadəni təqdim edərək bildirdi ki, hörmətli qonağımız bu gün Krakovda yaşayan soydaşlarımıza “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi Qayıdışı” layihəsi ilə bağlı maraqlı tarixi faktlarla çıxış edəcək. Çünki bu gün artıq Qarabağ torpaqlarımıza qayıdış olduğu kimi, yaxın gələcəkdə Qərbi Azərbaycanlıların da öz doğma yurdlarına, tarixi vətənlərinə qayıtmaları aktuallıq kəsb edir.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə bildirdi ki, “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi Qayıdışı” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihənin məqsədi son 40 ildə indiki Ermənistandan qovulmuş Azərbaycanlıların doğma yurdlarına tarixi qayıdışını təmin etmək, pozulan hüquqlarını bərpa etmək və Qərbi Azərbaycanlıların deportasiya tarixləri haqqında xarici ölkələrdə yaşayan soydaşlarımıza məlumat verməkdir.

Tofiq Əli-zadə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya tarixindən daha ətraflı danışaraq bildirdi ki, 1747-ci ildə Azərbaycan sərkərdəsi Nadir Şahın öldürülməsindən sonra Azərbaycan çoxlu sayda xanlıqlara bölündü. İrəvan xanlığı 1747-ci ildə yaranaraq 1828-ci ilə kimi mövcud olmuşdur. İrəvan xanlığının ərazisi 20 min kvadrat km və əhalisi 135 minə yaxın idi. İlk xanı Mirmehdi Xan (1747–1751), son xanı isə Hüseynqulu Xan (1806–1827) olmuşdur.

Qərbi Azərbaycandan soydaşlarımızın zaman-zaman deportasiyaları etnik mənsubiyyətlərinə görə, öz dədə-baba yurdlarından köçürülmələri əsasən üç mərhələdə aparılmışdır: birinci mərhələ – 1905–1920-ci illər; ikinci mərhələ – 1948–1953-cü illər; üçüncü mərhələ – 1988–1992-ci illər.

Tofiq Əli-zadə qeyd etdi ki, 1940-cı illərdən başlayaraq SSRİ rəhbəri Stalin və onun sağ əli olan erməni daşnak Mikoyan ermənilər üçün Türkiyənin 6 vilayətində erməni muxtariyyətli dövlət qurmaq planları hazırlamışdı. Bunun üçün dünyanın bir çox ölkələrindən ermənilər Ermənistana toplanmış və yerli Azərbaycan türkləri Azərbaycana deportasiya olunmuşdur.

Son 100 il ərzində erməni şovinistləri gizli də olsa, digər torpaqlarda böyük dövlət qurmaq planları ilə çıxış edirdilər. 1960-cı illərdə də erməni ziyalıları Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çıxışlar edirdilər və SSRİ rəhbərliyinə çoxlu məktublar göndərirdilər. 1988–1992-ci illərdə ermənilər Dağlıq Qarabağda Azərbaycan torpaqlarını işğal etmək iddiası ilə çıxışlar etməyə başladılar.

Şükürlər olsun ki, Azərbaycanın qüdrətli ordusu 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazanaraq tarixi torpaqlarımız olan Qarabağı işğaldan azad etdi. Qarabağda erməni separatizminə son qoyuldu və Azərbaycanın milli suverenliyi bərpa olundu. Vətən müharibəsi və antiterror əməliyyatlarında qazandığımız zəfərlər göstərdi ki, Azərbaycan milli hədəflərinə çatmağı bacaran qüdrətli dövlətdir.

Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi Azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaqdır. Prezidentin qətiyyətli siyasəti ərazi bütövlüyümüzü bərpa etdi və cəmiyyətimizdə Qərbi Azərbaycana qayıdış inamını gücləndirdi. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında demişdir ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır və Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq.

Çıxışdan sonra Tofiq Əli-zadə soydaşlarımızdan Azad Həmidovun və gənc fəal Nurlan Agamirovun Azərbaycanın tarixi ilə bağlı suallarını cavablandırdı.

Tədbirin sonunda Polşanın Krakov şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi Qayıdışı” layihəsinin icrasına göstərdiyi dəstəyə görə, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, “Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sedat Şamilli “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri