Icma.az
close
up
RU
QHT Agentliyinin Müşahidə Şurasının sədri seçilib

QHT Agentliyinin Müşahidə Şurasının sədri seçilib

Icma.az, Azpost saytına istinadən bildirir.

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

AzPost QHT.az-a istinadən xəbər verir ki, iclasa sədrliyi ümumi razılıq əsasında Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev edib. O, məlumat verib ki, Müşahidə Şurasında təmsil olunan qurumlar – Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi artıq nümayəndələrini təqdim edib. Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:

1) Elşad Məmmədli – Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;

2) Zaman Hüseynov – Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;

3) Elnarə Ənsari – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;

4) Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;

5) Rizvan Nəbiyev – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü;

6) Xatirə Vəliyeva – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;

7) Fizzə Mirzəyeva – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü;

Rizvan Nəbiyev göstərilən etimada görə təşəkkür edib, bildirib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərmanına əsasən, Şuranın 4 üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 il müddətinə seçilir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. O, Fərmandan irəli gələrək, Müşahidə Şurasının sədrinin seçilməsini təklif edib.

Müşahidə Şurasının üzvləri “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədovu Müşahidə Şurasına sədr seçib.

Fuad Məmmədov etimada görə Şura üzvlərinə minnətdarlığını çatdırıb, Şura üzvləri adından QHT-lərə göstərilən diqqət və qayğıya, bu sahədə aparılan genişmiqyaslı islahatlara görə Prezident İlham Əliyevə təşəkkür edib. O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, “Aprel şəhidi” olan polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevanın da Şura heyətində təmsil olunmasını şəhid ailələrinə olan həssas münasibətin növbəti təzahürü adlandırıb.

Fuad Məmmədov bildirib ki, artıq Agentliyin “İcraçı direktoru” vəzifəsi ləğv edilib, əvəzində 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılıb. Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.

Aygün Əliyeva İdarə Heyəti adından göstərilən etimada görə minnətdarlıq edib, bildirib ki, bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqlar yüksək səviyyədə icra ediləcək.

Daha sonra Müşahidə Şurası qeyd olunan Fərmandan irəli gələrək, 2 dövlət komissiyasında təmsil olunması üçün üzvlərini müəyyən edib. Rizvan Nəbiyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Xatirə Vəliyeva isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında Agentliyi təmsil edəcək.

Müşahidə Şurası müvafiq Fərmana uyğun olaraq, İdarə Heyətinə bir sıra tapşırıqlar verib. Bundan başqa, Agentliyinin 2026-cı il üzrə Fəaliyyət Planındakı prioritetlər müzakirə edilib. QHT Agentliyinin Naxçıvan MR-da filialının yaradılması təklif olunub.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:290
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Yanvar 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri