DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 1 “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi fəaliyyət göstərir. Hazırda DOST xidmətləri infrastrukturunun genişləndirilməsi üçün layihə, təmir-tikinti işləri davam etdirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı diqqətə çatdırılıb. DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi və ötən dövrdə bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi vurğulanıb. Qeyd olunub ki, bir sıra ölkələr DOST konsepsiyasına maraq göstərir (Moldova, Özbəkistan və Serbiya) və onlarla bu sahədə təcrübə mübadiləsi aparılır.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin yarımillik fəaliyyətinə dair hesabatı təqdim edib. Hesabatda vətəndaş müraciətlərinin qəbulu dinamikası, göstərilən xidmətlərin keyfiyyət göstəriciləri, xidmət prosesində tətbiq edilən innovativ rəqəmsal həllər və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
İclasda Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, qurumun strateji hədəfləri və prioritet məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 16 İyul 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















