QHT 5 saylı Peşə Məktəbində layihə çərçivəsində maarifləndirici tədbir keçirib FOTOLAR
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
10 oktyabr 2025-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi 28 ünvanında yerləşən 5 saylı Peşə Məktəbində “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi tərəfindən “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Tədbiri İctimai Birliyin sədri Səltənət Qocamanlı açaraq iştirakçıları salamlayıb, layihənin əhəmiyyətindən danışıb və belə bir imkan yaratdığı üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. O, narkomaniyanın ağır sosial bəla olduğunu vurğulayıb.
Daha sonra söz layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırova verilib. Təlimçi “Narkomaniya ilə bağlı əsas anlayışlar”, “Asılılığın yaranma səbəbləri”, “Narkotiklərin törətdiyi fəsadlar”, “İynə vasitəsilə yayılan xəstəliklər”, “Narkomaniyadan qorunma yolları” və “Asılı şəxslərin müalicə prosesi” kimi mövzularda ətraflı məlumat təqdim edib, iştirakçıların suallarını cavablandırıb.
Təlimin interaktiv hissəsində iştirakçılar 4 qrupa bölünərək onlara 3 sualdan ibarət qrup tapşırıqları verilib. Hər qrupdan bir nümayəndə çıxış edərək qrupun nəticələrini təqdim edib.
Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Görüşün foto və video çəkilişi aparılıb.
Tədbirdə 23 nəfər iştirak edib.
Qeyd edək ki, Dörd ay müddətində (01.06.2025–30.09.2025) icra olunan layihə Bakı şəhərinin müxtəlif rayonlarını – Yasamal, Nəsimi, Səbail, Nərimanov, Binəqədi və Abşeron (Mehdiabad, Saray, Xırdalan qəsəbələri) əhatə edir. Layihənin əsas məqsədi yeniyetmə və gənclərin maarifləndirilməsi yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşviq edilməsidir.
Tədbirlər maarifləndirici çıxışlar, interaktiv müzakirələr və kiçik qruplarda iş formasında keçirilir. Hər tədbirdə 20 nəfərin, ümumilikdə isə 160 nəfərin iştirakı nəzərdə tutulur. Layihə çərçivəsində gənclər, yeniyetmələr, məktəb valideyn komitələri, gənclərlə iş şöbələrinin nümayəndələri və gənclər təşkilatlarının iştirakı təmin olunur.
"Cebheinfo.az"




Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


