Icma.az
close
up
RU
QHT Füzuli rayonunda Erkən və qohum nikahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirib FOTOLAR

QHT Füzuli rayonunda Erkən və qohum nikahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirib FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Füzuli rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrası davam edir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, 24.07.2025- ci il tarixində Füzuli rayon Peşə məktəbinin binasında “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən və qohum nikahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirildi. Peşə məktəbinin direktoru Səminə Nuriyeva qonaqları təqdim etdi və sözü Füzuli rayon İcra Hakimiyyətinin Baş eksperti Xalisə Məmmədovaya verdi. O, rayonda erkən və qohum nikahlarla bağlı vəziyyətdən, layihənin vacibliyindən danışdı:

“Ölkəmizdə erkən nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, erkən nikahlar hələ də bəzi ərazilərdə qalmışdır, bunun isə qızlara, onların ailələrinə və cəmiyyətə mənfi təsirləri vardır. Erkən nikah qanunla müəyyən edilən yaşdan aşağı nikaha daxil olmaqdır və insan hüquqlarının pozulmasıdır. Problemin qarşısını almaq üçün belə layihələrin həyata keçirilməsi çox vacibdir”.

Layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı:

"Biz Nümunəvi Valideynlik İnstitutlarını təşviq etməklə cəmiyyətdə sağlam ailələrin sayının artmasına töhfə vermək istəyirik.Sizlərin də bu müzakirələrdə fəal iştirak etməyiniz çox vacibdir. Xahiş edirəm müzakirələrdə aktiv iştirak edin ”.

Ekspert S.Məmmədova erkən nikah və onun fəsadları barədə ətraflı məlumat verdi:

"Qızların erkən nikaha cəlb olunması, onların təhsildən yayınmasına səbəb olur. Araşdırmalar göstərib ki, məktəbdən yayınan şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Beləliklə də, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını artırır və qızların erkən yaşlarından təhsil hüququndan məhrum edilməsinə gətirib çıxarır”.

Psixoloq N.Vəliməmmədova erkən nikahın psixoloji tərəflərindən və qanunvericilikdəki dəyişiklikdən danışdı. Qeyd etdi ki, erkən nikahlar bir sıra fəsadlara səbəb olur ki, bunlara uşaq hüquqlarının pozulması; ana və uşaq sağlamlığına təsiri; boşanma; təhsil imkanlarının azaldılması; qızların fiziki-psixoloji zorakılığa məruz qalmasını aid etmək olar:

"2024-cü ildə erkən evlilik və qohum evliliklərinin qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib və iyunun 1 dən qüvvədədir.Hər birimiz bu dəyişikliklə bağlı valideynlər arasında maarifləndirmə işləri aparmalıyıq.”

Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.

Ş. Dadaşova Füzuli rayon İcra Hakimiyyəti başçısı cənab Alı Alıyevə, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazovaya, Baş məsləhətçi Xalisə Məmmədovaya və Peşə məktəbinin direktoru Səminə Nuriyevaya tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .

İştirakçılardan X.Məmmədova, S.Nuriyeva, N Tağıyeva və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.

Tədbirdə 20 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri