Icma.az
close
up
RU
Görüş olmayacaq: Müharibəyə davam...

Görüş olmayacaq: Müharibəyə davam...

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Macarıstanda keçiriləcəyi açıqlanan görüş baş tutmayacaq. 

Bu barədə Tramp özü də açıqlama verib: 

“Sadəcə bunu düzgün hesab etmədim. Bizə lazım olanı əldə edə biləcəyimizi hiss etmirdim. Ona görə də görüşü ləğv etdim. Amma bunu gələcəkdə edəcəyik. Əslində, Putin Ukrayna ilə bağlı danışıqlara açıqdır, lakin maksimalist tələblər irəli sürür. Biz onun hər şeyə sahib olmasını istəmirik”. 

 “Cümhuriyət”-ə açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Trampın bu görüşü təxirə salmasının bir sıra səbəbi var: 

“ABŞ Konqresində 100 senatordan ən azı 80-nin bu məsələdə Trampın fikirlərini bölüşməməsi yəqin ki, onun özünü də düşündürür. Digər tərəfdən, ABŞ-nin Avropa İttifaqındakı müttəfiqləri də indiki mərhələdə Vaşinqtonun vasitəçiliyi ilə tərəflər arasında hər hansısa barışığın əldə edilməsində maraqlı deyillər. 

Çünki ABŞ Prezidenti ilə müqayisədə Avropa İttifaqı daha radikal mövqe nümayiş etdirir. Onlar hər dəfə Zelenskini Rusiyaya qarşı müharibəyə sövq edirlər. Zamanında da Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Rusiya ilə Ukrayna arasında razılaşdırıla biləcək sülh müqaviləsinin qarşısını aldı. Daha sonra isə onun buna görə 1 milyon dollar aldığı ortaya çıxdı”. 

Ekspertin sözlərinə görə, Tramp Zelenski ilə görüşdə ona Putinin təklifləri barədə düşünməyi tövsiyə edib: 

“ABŞ yaxın perspektivdə Ukraynaya ciddi dəstək göstərməsə, Ukraynanın məğlubiyyəti qaçılmazdır. Tramp Zelenskiyə bunu da deyib. Həmçinin, ABŞ “Tomahavk” raketlərini də Ukraynaya vermədi. Tramp bunun qarşısını alaraq, ölkəsinin bu raketlərə ehtiyacı olduğunu açıqladı. 

Üstəlik, Trampın Arktika məsələsində geniş ticari mübadilələr apararaq Rusiya ilə əməkdaşlıq etmək planları var. O, Rusiya ilə ticari münasibətlərin genişləndirilməsində də maraqlıdır”. 

Politoloq hesab edir ki, Tramp Avropa İttifaqının əli ilə Ukraynanı silahlandıracaq: 

“Yəni ABŞ silahları Avropa ölkələrinə satacaq, daha sonra isə həmin silahlar Ukraynaya yönəldiləcək. Çünki Ukraynanın o silahları almaq üçün maliyyə imkanları yoxdur”. 

Həmsöhbətimiz qeyd edib ki, Tramp-Putin görüşünün baş tutma ehtimalı hələ də var: 

“Tramp-Putin görüşü hələlik təxirə salınıb. Yəni yaxın perspektivdə bu görüşün baş tutma ehtimalı böyükdür. Düşünürəm ki, tərəflər arasında ilin axırına qədər görüş keçiriləcək. Lakin müharibənin dayandırılması üçün Rusiyanın irəli sürdüyü şərtləri ABŞ-nin də qəbul etməsinə ehtiyac var. Ağ Ev indiyə qədər görüntü yaradıb ki, guya ABŞ bu şərtləri Ukraynanın qarşısına qoyub, amma onlar buna razı olmur. 

Vaşinqtonun ciddi etirazları olacağı təqdirdə, Zelenskinin şərtləri qəbul etməkdən başqa yolu qalmayacaq. Yəni ABŞ ilə Rusiya arasında razılaşma olacağı təqdirdə müharibə ilin sonuna kimi dayana bilər”. 

Elşən Manafov Trampla Putin arasındakı görüş yerinin Macarıstandan dəyişdirilmə ehtimalından danışıb: 

“Əslində, bu görüşün Budapeştdə keçirilmə ehtimalı Rusiyanın maraqlarına cavab verir. Çünki Sloveniya və Serbiya ilə yanaşı, Macarıstan da Avropa İttifaqında Rusiyaya sanksiyalara qarşı çıxış edən dövlətdir. 

Ona görə də Budapeştdə görüşün keçirilməsinin Kremli qane etməyəcəyini düşünmürəm. Buna baxmayaraq, görüşün yeri dəyişəcəksə, neytral bir ölkə seçilə bilər. Həmçinin, görüşün Rusiyada keçirilmə ehtimalı da var. Çünki Alyaska görüşündə Putin növbəti görüşün Moskvada keçirilməsini təklif etmişdi”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri