QHT işi üzrə tutulan Məmməd Alpayın həbs müddəti uzadılıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edib və Məmməd Məmmədzadə barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Məmməd Məmmədzadə bu ilin mart ayında saxlanılıb və Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bu mövzuda digər xəbərlər:QHT işi üzrə Məmməd Alpayın məhkəməsi başlayıb
22 Yanvar 2026 17:01
QHT işi üzrə tutulan Məmməd Alpayla bağlı məhkəmədən YENİ QƏRAR
09 İyul 2025 11:49
Toplum TV işi üzrə tutulanların həbs müddəti uzadılıb
27 Dekabr 2024 11:22
Vəkil Elman Paşayevin dələduzluq işi üzrə həbs müddəti uzadılıb
13 Noyabr 2024 23:01
Baxış sayı:165
Bu xəbər 09 İyul 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















